İŞİD-ə qoşulan azərbaycanlı ailədən xəbər yoxdur

21.08.2015 - 10:38

elnureİŞİD-ə qoşulan azərbaycanlı ailəsi ilə bağlı heç bir məlumat yoxdur.

Bu barədə aznews.az-a Şəki şəhər Daşüz bələdiyyəsindən məlumat verilib.

Məlumata görə, doqquz ay keçməsinə baxmayaraq Məmmədova Elnurə Beydullah qızı və üç uşağından kənd sakinləri hec bir məlumat ala bilmir. Ailənin başçısı isə yenə də işləmək üçün Rusiyaya gedib.

Qeyd edək ki, bu ilin yanvarında Şəki şəhər Daşüz kənd sakini İbrahim Məmmədov bildirmişdi ki, həyat yoldaşı qayınanası – Şaxbanova Qərinə Sədi qızı, bacanağı – Alxasov Daşqın Abid oğlu və baldızı – Alxasova Bahar Beydullah qızı ilə birgə üç uşağını da götürüb Suriyaya gedib. Onlar ötən il dekabrın 23-də Balakən rayonu ərazisindən ölkə sərhəddini keçərək Gürcüstana, oradan isə Türkiyə vasitəsi ilə Suriyaya keçiblər. Bundan əvvəl isə Məmmədova Elnurə Beydullah qızının iki qardaşı Suriyaya gedibmiş.

Belə ki, Sahib Şabanov Suriyada döyüşlərdə iştirak edirmiş. Sonradan isə o, öz qardaşları Tahir Şabanovla, Rövşən Şabanovu da özü ilə Suriyaya aparıb. Elnurə Məmmədova gedərkən apardığı böyük qızı – Məmmədova Günay İbrahim qızının 15, kiçik qızı – Məmmədova Ülkər İbrahim qızının 12, oğlu – Məmmədov Rüstəm İbrahim oğlunun isə 13 yaşı olub.

Onu da bildirək ki, sayt İbrahim Məmmədovla əlaqə saxlamaq istəsə də, telefonları bağlı olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29914

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930