Bakıda artırma eyvanların hamısı söküləcək – RƏSMİ

21.08.2015 - 12:47

balkonBakıda Sovet dövründə tikilən binalara edilən əlavələrin hamısı söküləcək.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin “Tikintiyə nəzarət” şöbəsindən BAKU.WS-ə verilən məlumat verilib.

Verilən məlumatda bildirilir ki, dünən Yasamal rayonu ərazisində yaşayış binalarının artırılmış balkonları tam qanun çərçivəsində merin tapşırığına uyğun olaraq sökülüb.

Ərazidə aparılan abadlıq işlərilə bağlı Nərimanov heykəlinin yanından Vergilər Nazirliyinin arxasına qədər, rayonun A. Ağayev küçəsində abadlıq işləri aparılıb. İşlərə uyğun olaraq ərazidə yerləşən binalarda artırılmış balkonlar sökülüb. Bu addım həm təhlükəsizlik, həm də şəhərin görünüşünə xələl gətirməyin qarşısını almaq məqsədilə atılıb.

Qurumdan onu da bildirdilər ki, artırılma balkona görə verilən sənədlər də əslində qanuni deyil. Çünki Sovet dövründə tikilən binanın infrastrukturuna heç bir dəyişiklik etmək olmaz.

Bakı meriyasından onu da əlavə etdilər ki, gələcəkdə də, abadlıq aparılacaq digər ərazilərdə belə hallar olarsa, mütləq qarşısı alınacaq: “Əgər hansısa ərazilərdə abadlıq işləri aparılacaqsa və artırılma balkon, yaxud hansısa dəyişiklik aşkarlanarsa, o zaman müvafiq tədbirlər görüləcək. Artırılma balkonlar söküləcək”.

Ziya Səccad
BAKU.WS

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29978

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930