Bakıda arvadı evdən gedən kişi özünü damdan atmaq istədi

22.08.2015 - 00:22

rrBakıda intihara cəhd hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Yeni Günışli qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Bağırov Elçin Ramin oğlu yaşadığı doqquzmərtəbəli binanın damından özünü atacağı ilə hədələyib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Xilasedicilər intihara cəhdin qarşısını alıblar və 22 yaşlı gənc xilas edilib.

İlkin məlumata görə, intihara cəhdə ailə münaqişəsi səbəb olub. Elçin Bağırovun həyat yoldaşı onu tərk edib və o, bu səbəbdən intihar etmək istəyib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində araşdırma aparılır. Elçin Bağırov hazırda polis bölməsindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=30022

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728