Maşını yol polisinin üstünə sürdülər – Video

22.08.2015 - 12:43

dyp2Avtoxuliqanlar, avtomobili sərxoş vəziyyətdə idarə edənlər və hətta sürücülük vəsiqəsi olmayan sürücülər. Təəssüf ki, yollarda bu cür qayda pozuntularına rast gəlinir. Qəribəsi də budur ki, yol polisi ilə ən çox mübahisə edənlər də məhz qaydanı pozanlar olur. Tovuz polisi rayonda reyd keçirib. 3 saatlıq yoxlamalar zamanı 100-dən çox avtomobil saxlanılıb.

Reyd zamanı avtomobillərdə qanunla qadağan edilən səs gücləndiricilərdən tutmuş, sürücülük vəsiqəsi olmadan sərnişin daşıyanlara da rast gəlinib. Cərimə edilənlər arasında avtomobilin nəinki arxa və yan, hətta ön şüşəsi tünd rəngdə olanlar da tapılıb.

Sürücülük vəsiqəsi olmayan, nəqliyyat vasitəsində ayaq üstə sərnişin daşıyanlar da üzə çıxıb. 10-a yaxın sərnişin aparan bu gənc sürücü isə özünün dediyinə görə hələ sürücülük kursunda oxuyur: “Sürücülük vəsiqəm yoxdur, hələ oxuyuram, BC kateqoriyasında”.

Tovuzun dağ kəndlərindən istirahətdən qayıdan sürücülər arasında isə sərxoşlar da olub. Baxmayaraq ki, onlar özlərini sərxoş hesab etmirlər. Buna görə də bəziləri heç polisin saxla əmrinə tabe olmağı da lazım bilməyib. Bütün qanun pozuntuları halları ilə bağlı protokollar tərtib edilib. Amma bu, hələ son deyil. Yol polisi bildirir ki, reydlər davam etdiriləcək.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30077

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728