Sumqayıtda qan ağlayanlar: 3 aydır əmək haqqımızı vermirlər

25.08.2015 - 10:46

stp“Azenco” ASC-nin və Sumqayıt Texnologiyalar Parkının (STP) işçiləri iyun, iyul və avqust aylarının maaşını ala bilmir.

Bu barədə ORCTV.az-a daxil olan şikayətdə qeyd olunur.

Şikayətçilər bildirirlər ki, may ayının maaşını qırı-qırıq bu ayın ortalarında alıblar.

“Vəziyyətimiz dözülməzdir. Biz səsimizi çxara bilmirik, belə ki, hamı iş yerini itirməkdən qorxur. Bir söz deməmiş işdən çıxarmqla qorxuzurlar. Hətta, bəzilərimizin qanuni məzuniyyətini belə vermirlər. Deyillər ki, ixtisarlar gözlənilir və məzuniyyətdə olan şəxsi çıxara bilmərik deyə, olmaz. İstəyirsənsə, öz hesabına çıx, amma məzuniyyət olmaz”.

Qeyd edək ki, “Azenco” ASC-nin və Sumqayıt Texnologiyalar Parkının (STP) başının üstünü qara buludlar alması barədə geniş məlumatlar çap olunur. Hətta, qrumun rəhbəri Etibar Priverdiyevin yuxarılarda etibardan düşməsi və tezliklə vəzifəsindən uzaqlaşması xəbəri də gəzir.

Maraq üçün onu da vurğulayaq ki, STP-də orta aylıq əmək haqqı təxminən 400 manat təşkil edir. Amma işə görə, maaşlar dəyişir.

Bir müddət öncə, “Azenco” ASC-nin ümumi şöbəsinin rəis müavini Mirzə Mirzəyev əmək haqlarının ödənişində uzunmüddətli gecikmənin səbəbini cavablandırmayaraq, şirkətə yazılı müraciət etməyi xahiş etmişdi.

– See more at: http://xeberle.com/az/view/15003/sumqaytda-qan-alayanlar-3-aydr-emek-haqqmz-vermirler/#sthash.ar13RUxY.dpuf

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30289

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728