Azərbaycanda “xərçəng”in dəhşətli – Statistikası

25.08.2015 - 12:06

xercengBədxassəli şişlər Azərbaycanda miqyasına görə ölümə səbəb olan ikinci ən ağır xəstəlikdir. Ötən il dünyasını dəyişən 55 648 nəfərin 6982-si xərçəngdən əziyyət çəkirmiş.

Dövlət Statistika Komitəsinin bu gün açıqladığı məlumata görə, 2014-cü ildə bədxassəli şişlərdən ölənlərin sayı əvvəlki ilə nisbətən 599 nəfər çox olub.

Bu xəstəlikdən ölənlərin sayı ölkə əhalisinin hər 100 min nəfərinə 74,2 nəfər təşkil edib ki, bu da qan dövranı sistemi xəstəliklərindən ölənlərin (hər 100 min nəfərə orta hesabla 353,6 nəfər) sayından sonra ikinci göstəricidir. Daha sonra həzm sistemi, tənəffüs orqanları xəstəlikləri gəlir. Ötən il 11 mindən çox şəxsə onkoloji xəstəlik diaqnoz qoyulub. Bu, son illər qeydə alınan ən yüksək göstəricidir. Xəstəlik əsasən tənəffüs yollarında, mədədə və süd vəzisində aşkar edilib. Ümumiyyətlə, isə son 5 il ərzində bədənin müxtəlif orqanlarında xərçəng xəstəliyi aşkar olunanların sayı 50,6 min nəfəri keçib.

QEYDİYYATDA 38 MİN ADAM VAR

Statistikaya görə, bu ilin əvvəlinə müəlicə müəssisələrində qeydiyyatda olan şiş xəstələrinin sayı 38 minə çatır. İl ərzində onların sayı 9,4% artıb. Xəstəliyin miqyası xeyli genişlənib. Əgər 2000-ci ildə əhalinin hər 100 min nəfərinə orta hesabla 60,4 nəfər belə xəstə düşürdüsə, 2014-cü ildə bu rəqəm 101,4 nəfərə yüksəlib. Milli Onkologiya Mərkəzinə (MOM) müraciət edənləri sayı durmadan artır. Bunu mərkəzin A. Abbasov adına Bakı onkoloji dispanserinin qarşısında hər gün yaşanan qələbəlik də təsdiq edir. MOM-un Gəncə. Şəki, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və Şirvanda regional mərkəzləri də fəaliyyət göstərir.

XƏSTƏLİK CAVANLAŞIR

Bədxassəli şiş xəstəlikləri xeyli “cavanlaşıb” və 2012-ci ilin martından Milli Onkologiya Mərkəzinin nəzdində Qafqaz regionunda ilk Uşaq onkoloji klinikası açılıb. Hər il dövlət büdcəsindən onkoloji xəstələrə yardım göstərilməsi üçün 20 milyon manatdan çox vəsait ayrılır. Amma MOM-a yolu düşənlərin bir çoxu deyir ki, müayinə və müalicələri heç də pulsuz başa gəlmir. (azadliq.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30326

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728