Eldar Əzizov Qarabağ əlilinin hasarını sökdürdü – FOTOLAR
Atasından yadigar qalan torpaqda ev tikmək istəyən ll qrup Qarabağ əlili Murtuzov Şahin İgidulla oğlunun həyətinin hasarı dağıdılıb.
“Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, əvvəlcədən heç bir xəbərdarlıq olunmadan əraziyə gələn şəxslər ağır texnika ilə hasarı uçurub, tikilməkdə olan evi də sökmək istəyiblər: “Ceyranbatan bağları 8-ci məhəllədə 340-cı yer mənə atamdan miras qalıb. Sənədləri də tam olan bu 6 sot torpaq 1979-cu ildə atama verilib. 5 ildir ki, mən bu ərazidə ev tikmək istəyirəm və İcra hakimiyyətinə müraciət etmişəm. Bu gün ustalar xəbər verdi ki, buldozer gəlib hasarı dağıdıb, evi də dağıtmaq istəyir.
Tez həmin əraziyə getdim, 20-ə yaxın adam olardı. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Arxitektura və şəhərsalma idarəsinin əməkdaşları olduqlarını dedilər. Mən də sənədlərimi göstərdim ki, ll qrup Qarabağ əliliyəm. Bu torpağa canımı, qanımı vermişəm, əlillik sənədimə deyirlər ki, bu heç. Mənə sökmək üçün heç bir sənəd göstərmirlər, bircə deyirlər ki, burada ev tikə bilməzsən. Deyirlər, qanunda belədir, ancaq mənə qanunu göstərmirlər. Ətrafdakı bütün ərazilərdə evlər tikilib.
Xəritəçəkmədən bütün sənədlərim var. Əgər ev tikmək olmazsa, mənə möhürlü qanuna uyğun bir sənəd versinlər, mən də səbəbini bilim”.
Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.




Short URL: http://www.cumhuriyyet.net/?p=30338