«LUKoil»də yanacağı belə kəsirlər – ŞOK fırıldağın üstü açıldı

26.08.2015 - 11:31

lukoylTanınmış produser Tolik yanacaqdoldurma məntəqəsindəki fırıldağın üstünü açdı; 20 manata 5 manat kəsirlər Tanınmış produser Tolik (Tarix Əliyev) Bakıda «LUKoil» yanacaqdoldurma məntəqəsində sürücülərə satılan yanacağın necə kəsildiyini ifşa edib. Bu barədə Tolik özünün facebook profilində yazıb. Tolikin yazdıqlarını olduğu kimi oxucuların diqqətinə çatdırır: «Bunu yazmağı özümə borc bildim. Çünki üçüncü dəfədir ki, bu yanacaqdoldurma yerində başıma bu iş gəlir. Bu, təsadüf deyil. Deməli, «Şamaxinka»da 50 manatlıq benzin vururam. Baxıram ki, 43 manatlıq vurub. Elə bilir baxmıram. Deyir, səhv oldu dayı, dedim, ola bilər. Sonra iki dəfə benzin vuranda baxıram ki, 7 manatdan başlayır. Dedim, dayan, bu nədir, axı 00:00-dan başlamılı idi. Dedi, səhv olub. Dedim hə… Bu gun «Ekologiya postu»na catmamış 20 manat vermişəm, görürəm benzini vurub qutarıb, amma 15 AZN. Soruşuram ki, bu nədir? Cavab verdi ki, səhv olub. Bəs görəsən niyə səhv edib artıq benzin vurmurlar?  Deməli, görün, bunlar hər gün birini 5, birini 3, birini 7 AZN aldadırsa görün nə qədər insanı aldatmış olurlar! Burdan səslənirəm bu obyektləri işlədən insanlara; işçilərə tapşırıq verin, insanları aldatmaq olmaz. Özü də maşını saxlayırsan, deyir, ver qabağa, guya şlank çatmır. Afiristlər!». Diqqətli olun və siz də aldanmayın. Təkcə “LUKoil”da deyil, başqa tanınmış yanacaqdoldurma məntəqələrində də benzini kəsirlər.(avtosfer.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30440

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728