Sumqayıt stansiyasında məskunlaşan köçkün ailələrinə 30 min manat ödənilib

26.08.2015 - 13:10

stansiya“Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində ümumi sayı 8 olmaqla “Stadler Rail Group” şirkətinin 3 KİSS markalı qatarı və  Riqadan gətirilən əsaslı təmirdən çıxan 5 qatar istismara veriləcək”.

Bu haqda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

O bildirib ki, Sumqayıt sərnişin stansiyasının inzibati binası artıq sökülməyə başlayıb: “Orada məskunlaşan 52 məcburi köçkün ailəsinin hər birinə 30 min manat ödənilərək ərazidən köçürülüb”.

Qurum rəsmisi uzunluğu 63 kilometr olan yolun 61 kilometrinin artıq təmir olunduğunu deyib: “Hazırda qalan yolun təmiri və 1,6 kilometr yeni yolun çəkilişinə başlanıb. Yeraltı keçid və platformalarda son tamamlama işləri gedir”. Nazir Əzməmmədov deyib ki, sentyabr ayının 15-nə qədər bütün işlər yekunlaşacaq:

“Hazırda sərnişindaşıma departamentində qrafik hazırlanır, bilet satışının tənzimlənməsi ilə bağlı müzakirələr aparılır. Sıxlıq saatları səhər 07:00-dan 12:00-a qədər, axşam saat 16:00-dan 21:00-a qədər nəzərə alınmaqla intervallar müəyyənləşir.

Bilet satışı terminallar vasitəsilə avtomatik həyata keçiriləcək. Sərnişin pulu terminala atıb əvəzində gediş bileti alacaq. Bununla yanaşı, nağd ödəniş də mümkün olacaq.

Gələcəkdə isə kart sisteminə keçiləcək. Gediş haqqı ilə bağlı Tarif Şurasına edilən müraciətə hələ baxılmayıb. Qatarlar işə düşənə qədər bu barədə vətəndaşlara məlumat veriləcək”.

“Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olan KİSS qatarlarının ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Sərnişinlər surət qatarları vasitəsilə cəmi 40 dəqiqəyə Bakıdan Sumqayıta və əksinə hərəkət edə biləcəklər.(modern.az) – See more at: http://xeberle.com/az/view/15045/sumqayt-stansiyasnda-meskunlasan-kkn-ailelerine-30-min-manat-denilib/#sthash.Tw49jZV6.dpuf

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30487

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930