Fikrət Məmmədov etirazların bürüdüyü Mingəçevirə gedir
Ədliyyə naziri Fikrət Məmmədov avqustun 28-də Mingəçevir şəhərində vətəndaşların qəbulunu keçirəcək.
Cumhuriyyet.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, qəbulda Mingəçevir və Naftalan şəhərləri, Yevlax və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 148) keçiriləcək.
Vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, bina 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=30495