Bu kənd senytabrın 15-də Təhsil Nazirliyinə “sürpriz” hazırlayır -ŞİKAYƏT

26.08.2015 - 13:34

asaqi quscuTovuz rayonunun ən böyük yaşayış məntəqələrindən olan Aşağı Quşçu kəndinin şagird və müəllim heyəti növbəti dərs ilinə hazırlaşır. 9000-dən artıq əhalisi olan kənddə 3 orta məktəb var. Kəndin ən böyük təshsil ocağı olan və təxminən 700 şagirdin oxuduğu, 120 müəllimin dərs dediyi İsmayıl Mürşüdov adına orta məktəb isə növbəti dərs ilin həmişə olduğu kimi hazır deyil.

1976-cı ildə istifadəyə verilən məktəb bu günə kimi bir dəfə də olsun təmir edilməyib. Artıq 40 ilini başa vuran məktəb tamamilə dağılmış vəziyyətdədir. Məktəbin problemləri barədə FaktXəbər-ə şikayət məktubu ünvanlayan kənd sakinləri bildirirlər ki, payız-qış aylarında təhsil ocağında vəziyyət dözülməz həddə olur. Uşaqlar evdən getdikləri qalın paltarlarla da sinifdə oturub, əksərən də soyuqlayıb geri qayıdırlar. Müəllimlər də etiraf edirlər ki, qış aylarında davamiyyət olduqca aşağı olur. Elə siniflər olur ki, gün ərzində 3-4 uşaq gəlir dərsə.

Kənd sakinlərinin sözlərinə görə, məktəbə hökumət tərəfindən heç bir yanacaq ayrılmır: “Deyilənlər sadəcə boş sözlərdir. əgər məktəbə yanacaq ayrılırsa, niyə soyuqlar düşən kimi uşaqlarımız evdən odun və ya odun pulu aparırlar. Neçə illərdir kənddə qaz var. Niyə bu məktəbin “otopleniya” sistemini qoşmurlar ki? Uşaqlar dərsə getmək istəmirlər. Məktəbin pəncərə və qapıları yox dərəcəsindədir. Bir təhsil ocağında ki, pəncərə yerinə karton vururlar, orada hansı təhsildan danışmaq olar.”

Kənd sakinlərinin şikayət məktubuna əlavə etdikləri şəkillər də məktəbin vəziyyətini özündə əks etdirir.

Müəllimlər də deyirlər ki, koridor və siniflərdə gəzəndə ehtiyatla gəzirlər: “Bütün döşəmələr sınıq-salxaqdır. Ehtiyatla yeriyirik ki, ayağımız qırıqlardan aşağı düşməsin. Oturmağa stulu da güclə tapırıq. Artıq uşaqların da oturması üçün stullar yox dərəcəsindədir. Qışda uşaqları adam utanır lövhəyə çıxarmağa. Büzüşüb otururlar Məktəbin bu vəziyyətdə olmasının günahıdır ki, ali məktəblərə qəbul səviyyəsi də aşağı düşüb. Əvvəllər bu məktəbin adı Təhsil Nazirliyində ən çox qəbul olanlar sırasında çəkilirdi. Amma neçə illərdir üzümüz gülmür.”

Sakinlər məktubun sonunda bildirirlər ki, sentyabrın 15-də başlayacaq dərs ilini boykot edəcəklər: “Uşaqları göndərməyəcəyik məktəbə. “Uşaqlığın son gecəsi” filmində deyildiyi kimi söyləsək, “Bu andıra qalmış məktəbin ucbatından uşaqlarımız oxuya bilmirlər. Qoy gəlib bir əncam çəksinlər.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30503

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930