Sumqayıt şəhərinin icra başçısı Ali Məhkəmənin qərarını saymadı

27.08.2015 - 12:44

eldarSumqayıt şəhəri 36-cı məhəllə ev 11/22A ünvanında yaşayan 5 ailə Femida.az-a şikayət məktubu ünvanlayıb. Şəhər sakinləri Ələkbərov Qasım Nəcəf oğlu, Xıdırova Gülnarə Həsən qızı, Əliyev Fuad Əli oğlu, Qasımov Saleh Bayram oğlu, Süleymanova Gülarə Qəhrəman qızının imzası ilə daxil olmuş şikayət məktubunda Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ali Məhkəmənin 05 mart 2015- cil tarixli (iş № 2-1 (102)-16/15) Qərarını yerinə yetirmədikləri bildirib.

Femida.az məsələni araşdırmaq məqsədi ilə Ali Məhkəmənin qeyd olunmuş qərarında müvafiq çıxarışları təqdim edir.

“Yuxarıda adları qeyd olunan iddiaçılar Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh İcra Hakimiyyəti tərəfindən iddiaçıların Avropa Konvensiyasının 8- ci və Konvensiyaya 1 saylı Əlavə Protokolunun 1-ci maddələri ilə nəzərdə tutulmuş şəxsi həyatına hörmət hüququnun və mülkiyyət hüququnun pozuntusunun tanınması; Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 11/22a saylı binanın 2-ci girişində yerləşən 17,20, 23,26 və 29 saylı mənzil sahibləri tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla tikilmiş artırma eyvanların heç bir məhkəmə qərarı olmadan cavabdeh İcra hakimiyyəti tərəfindən verilmiş göstərişlə sökülməsinin qanunsuz sayılması və həmin eyvanların sökülməsi nəticəsində dəymiş maddi ziyana görə, iddiaçılar Q.Ələkbərova 11.943 manat, G.Xıdırovaya 11.931 manat, F.Əliyevə 15.962 manat, S.Qasımova 11.787 manat və G.Süleymanovaya 15.454 manat məbləğində kompensasiyanın cavabdeh İcra Hakimiyyətindən tutulub iddiaçılara verilməsi haqqında qərar qəbul edilməsini xahiş ediblər.”

Gətirilən dəlil və sübutları yetərincə olduğunu əsas gətirən Ali Məhkəmə hakim A.Hüseynovun sədrliyi ilə yekunda belə qərar çıxarıb:

“ Cavadeh Sumqayıt şəhər İcra Hakimiyyəti və vəkili Qulamov Ağazahid Şirzad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Sumqayıt Apellyasiya Məhkəməsinin 22.07.2014- cü il tarixli qərarı dəyişdirilsin.
İddiaçılara vurulmuş zərərin əvəzi dövlət büdcəsi hesabına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ödənilsin.
Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.”

Ali Məhkəmənin qeyd olunan bu qərarını Sumqayıt şəhər İcra Hakimiyyəti yerinə yetirməkdən imtina edir.Şikayətçilərin sözlərinə görə, onlar balanslarında kifayət qədər vəsaitin olmamasını əsas gətirərək məhkəmənin təyin etdiyi məbləği ödəməkdən imtina edirlər.

Femida.az İcra hakimiyyətlərinə Dövlət büdcəsi tərəfindən ayrılan pul vəsaitini nəzərdə tutan qanundan çıxarışı təqdim edir:

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1996-cı il 05 avqust tarixli İ-54 nömrəli əmrinə 2 nömrəli əlavə Azərbaycan Respublikası Dövlət büdcəsi xərclərinin funksional Təsnifatında digər xərclər nəzərdə tutulub. Bu xərclərdə icra hakimiyyəti orqanlarının məhkəmə qərarlarının icrası da şamil edilir.”

Bundan əlavə vətəndaşların şikayəti əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2015- ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər İcra Hakimiyyəti Ali Məhkəmənin məlum qərarının 29 may 2015- ci tarixədək icra olunmasını bildirib.Əks halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq 50.000 manatadək cərimə olunacaqları barədə qeyd edib.

Qanunun bütün tələblərinə baxmayaraq İcra Hakimiyyəti vətəndaşların pullarını ödəməkdən imtina edir.Xatırladaq ki, narazı vətəndaşlar bununla bağlı beynəlxalq məhkəmələrə müraciət edəcəklər.

Femida.az qarşı təərfində fikrini verməyə hazırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=30624

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728