“Arşın Mal Alan” filmi Hollivudda nümayiş olunacaq

28.08.2015 - 11:40

arsinAzərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunacaq.

Virtualaz.org Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna istinadən bildirir ki, bu, “Arşın mal alan” filminin Hollivudda ilk premyerası olacaq.

Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim ediləcək.

Qeyd olunub ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, “Arşın Mal Alan” filminin isə 70 illiyinə həsr olunur.

Filmin nümayişi ilə bağlı Baş Konsulluq tərəfindən qısa video-çarx da hazırlanıb:

Short URL: http://www.cumhuriyyet.net/?p=30706

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728