Dilqəmdən ailəsinə mesaj: “Təki qeyrətimiz axsamasın”

29.08.2015 - 14:38
dilqemErmənilərin Kəlbəcər rayonunda girov götürdükləri azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib.
Bu barədə girovun qardaşı Sahib Musayev məlumat verib.
O, bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktubda
D. Əsgərov səhhəti ilə bağlı məlumat verib: “Dilqəm məktubda hər kəsə salam göndərib. Vəziyyətinin yaxşı olduğunu bildirib. Həmişə olduğu kimi bu dəfə də səhhətində problemin olmadığını deyir. Amma bir müddət öncə qardaşımın axsayan vəziyyətdə videosu yayılmışdı. Mən Dilqəmə sonuncu dəfə məktub göndərəndə ondan soruşmusdum ki, niyə axsayırsan? Bu dəfə isə Dilqəm sualıma cavab yazıb.
Qeyd edib ki, səhhətində problem yoxdur. Sonda isə o belə bir qeyd yazıb ki, təki qeyrətimiz axsamasın!”.
Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
azvision.az

Short URL: http://www.cumhuriyyet.net/?p=30762

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728