«Azərbaycan Tarixi» dərsliyində erməni bayrağı nə gəzir? – FOTO

31.08.2015 - 10:22

tarixBunun təsadüfmü, yoxsa düşünülmüş bir addım olduğu müəmma olaraq qalıb

Dünən sosial şəbəkələrdə maraqlı bir fotoşəkilə paylaşılıb. Xanım Nuru adlı istifadəçi tərəfindən paylaşılmış fotoşəkildə «Azərbaycan Tarixi» dərsliyinin üz qabığı əks olunub. İlk baxışdan burada təəccüblü heç nə yoxdur. Amma…

JAM.AZ xəbər verir ki, təəccüblü olan bu tarix dərsliyinin üz qabığındakı rənglərin Ermənistan bayrağı ilə eyniyyət təşkil etməsidir. Xanım Nuru isə yazır ki, indiyə qədər bu rənglərin bir arada olduğuna rast gəlməyib və Ermənistan bayrağının rənglərinin «Azərbaycan Tarixi» dərsliyinin üzərinə vurulmasını da təsadüf olaraq qəbul etmir. «Bunun təsadüf olduğuna inanmıram. Çünki bu üç rəngi heç vaxt bir yerdə görməmişəm. Hər zaman gizli məqsədləri üzə çıxıb. Görəsən, daha nə etməlidirlər ki, biz ayılaq? Bu məsələyə laqeyd qalmamalıyıq».

Short URL: http://www.cumhuriyyet.net/?p=30834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728