Polis vətəndaşı necə intihara sürükləyir
Qarabağ əlilinə “özünü yandır” sözünü hansı
polis deyib?!
Polislərin özünü yandrmaq istəyən adamlara
dedikləri “kişisən yandır” sözü birinci dəfə deyilmiş…
“Atam
“əgər Səttar Mehbalıyev məni qəbul eləməsə, özümü yandıracam” dedi. Qapıdakı
polislər isə dedilər ki, yandıra bilməzsən, yandır görək hələ. Yəni polislər
atamı ələ saldılar, onu əsəbiləşdirdilər, qızışdırdılar. Atam da başından aşağı
benzin tökdü, yandırdı…” Bu sözlər dekabrın 25-də özünü yandıran II qrup
Qarabağ əlili Zaur Həsənovun 13 yaşlı oğlu İsmayıl Həsənova məxsusdur. İsmayıl
bunu virtualaz.org saytına dünnəki müsahibəsində deyib.
Atasının
gözləri qarşısında yanmasının şahidi olan İ.Həsənovun səsləndirdiyi bu fikirlər
kifayət qədər ciddidir. Doğrudur, sosial şəbəkələrdə qazinin özünü yandırmasını
əks etdirən bir neçə dəqiqəlik videogörüntüdə polislərin bu sözləri dediyi
eşidilmir. Görüntülərin isə 2 dəqiqədən də az olmasını nəzərə alsaq, polislərin
Zaur Həsənovu həmin görüntülər qeydə alınmamışdan əvvəl qızışdırdığını təxmin
etmək olar.
Z.Həsənov
özünü yandırmaq istəyərkən onunla danışan polis əməkdaşlarının kim olmasına
gəlincə isə AHİK-dən dedilər ki, həmin polislər Səbayel Rayon Polis İdarəsi
9-cu polis bölməsinin əməkdaşları olub: “Biz bir nəfərin “özümü yandıracam”
dediyini eşitdikdən sonra 9-cu bölməyə zəng etdik. Onlar da əməkdaşlarını bura
göndərdilər”. Səbayel RPİ 9-cu polis bölməsindən isə verilən məlumatda
bildirildi ki, polis əməkdaşları bu sözləri deməyib, hətta deyə də bilməz. Bölmədən
deyildi ki, hadisə baş verərkən orada olan polis əməkdaşları hazırda
vəzifələrini icra edirlər və bu mövzu ilə bağlı əlavə heç bir məlumat verə
bilməzlər.
Xatırladaq
ki, polis əməkdaşlarının özünə qəsd etmək istəyən şəxslərə xitabən 13 yaşlı
İ.Həsənovun iddia etdiyi kimi sözlər deməsi haqda fikirlər ilk dəfə deyil
səsləndirilir. Qeyd edək ki, Naxçıvanda Aşura gecəsi və ondan sonra Bənəniyar
kəndində yaşanan hadisələr zamanı da belə bir hal baş vermişdi. 2009-cu il,
dekabrın 28-də Culfa rayonunun Bənəniyar kəndində həyatına sui-qəsd etməyə
çalışan kənd sakini, 1974-cü il təvəllüdlü Əliyev Yunis Kamal oğlu üzərinə
benzin tökərək intihara cəhd etmişdi. Y.Əliyevin yaxınlarının dediyinə görə,
hadisə baş verərkən polis əməkdaşları “özümü yandıracam” deyən Y.Əliyevə
“eləməyən kişi deyil” deyə onu qızışdırmış və başqa təhqiramiz ifadələr
işlətmişdilər. Y.Əliyev də bundan sonra özünü yandırmışdı. Daha sonra
hüquq-mühafizə orqanları Y.Əliyevin Naxçıvan MR Psixi Xəstəliklər Dispanserində
qeydiyyatda olduğu və müalicə aldığı haqda məlumat yaymışdı.
Buna
bənzər başqa bir hadisə isə Gəncədə baş vermişdi. 1998-ci il təvəllüdlü Almaz
Kərimli özünü yandırmışdı. A.Kərimlinin anası intihara cəhd edən qızına özünü
yandırmaq üçün alışqanı polis əməkdaşlarının verdiyini demişdi. Polis
əməkdaşları isə bunu təkzib etmişdilər. Belə təkzibləri hələ də eşidirik. Təki
sonuncu olsun…
İlkin
Muradov
Short URL: http://www.cumhuriyyet.net/?p=3121