Hansı millətdən nə qədər “qanuni oğru” var? – SİYAHI

04.09.2015 - 13:56

oqru2Dünyada “qanuni oğru” adı daşıyan kriminal imicli şəxslərin sayı 485-dir. (“qanuni oğru” kriminal titulu yalnız keçmiş SSRİ məkanına məxsusdur).
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, onların 118-i həbsdə, 14-ü isə axtarışdadır. Ən yaşlı “qanuni oğru” keçən əsrin 70-ci illərindən ABŞ-da məskunlaşan 88 yaşlı Borya Uşatıy və onun Gürcüstanın Kutaisi şəhərindən olan həmyaşıdı Kukura Zedaşidzedir. Ən gənc “oğru” isə yenə millyyətcə gürcü olan 22 yaşlı Rezo Ubilavadır.

Dünyadakı “qanuni oğru”ların 57 faizi milliyyətcə gürcüdür. Onların arasında Şuşanaşvili, Tvalçelidze, Qoqoladze, Mikaeladze, Caparidze, Papiaşvili və Kardava kimi məşhur klanlar var.

İkinci ən titullu xalq isə ruslardır. Onların 61-i kriminal aləmin bu nüfuzlu adını daşıyır.

Say çoxluğuna görə 3-cü pillədə ermənilərdir. Rusiya mətbuatı iddia edir ki, erməni “oğrular” Rusiyada deyil, daha çox öz tarixi vətənləri Ermənistanda yaşayırlar. Səbəb isə yerli hakimiyyətin onlara çox komfortlu şərait yaratmasıdır.

Maraqlıdır ki, azsaylı yezidi kürdlər ən çox “qanuni oğru” adına sahib 4-cü etnosdur. Artıq 25 ildir ki, yezidi kürdlər öncə “Ded Xasan”, sonra isə Zaxari Kalaşovun rəhbərliyi altında bütün MDB kriminalitetinə başçılıq edirlər.

Azərbaycanlılar “qanuni oğru”ların sayına görə (18 nəfər) 5-ci, abxazlar isə 6-cı pillədədir.

Gürcülər – 276 (57 faiz)
Ruslar – 61 (13 faiz)
Ermənilər – 35 (8 faiz)
Yezidi kürdlər – 27 (6 faiz)
Azərbaycanlılar – 18 (4 faiz)
Abxazlar – 9 (2 faiz)
Çeçenlər – 8 (2 faiz)
Ukraynalılar – 7 (2 faiz)
Yəhudilər – 6 (2 faiz)
Tatarlar – 5 (2 faiz)
Yunanlar – 5 (2 faiz)
Osetinlər – 3 (1 faiz)
Avarlar – 1(1 faiz)
Ləzgilər – 1 (1 faiz)
Talışlar -1 (1 faiz)

Short URL: http://www.cumhuriyyet.net/?p=31311

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728