DİQQƏT: Bakıda kontur fırıldaqçıları…

05.09.2015 - 00:35

rrBakıda vətəndaşları aldatmağa çalışan, asan yolla pul qazanmaq istəyən şəxslər peyda olublar. Musavat.com xəbər verir ki, bu şəxslər vətəndaşlara öz nömrələrindən mesaj göndərərək, guya onların hesabına yanlışlıqla pul köçürdüklərini deyirlər. Qarşılığında isə özlərini “yaxşı” göstərərək, heç olmasa, göndərilən məbləğin bir hissəsinin geri qaytarılmasını istəyirlər. Fırıldaqçıların bu yalanına aldananlar da olur.

Diqqətinizə çatdıraq ki, sizin balansınıza hansısa bir məbləğin köçürülməsi haqda mesaj şəxsi nömrədən gələ bilməz. Balansa kontur yükləyərkən hansı mobil operatordan istifadə edirsinizsə, həmin operatordan da mesaj alırsınız.

Lakin asan yolla pul qazanmaq istəyən bu fırıldaqçılar müxtəlif nömrələrdən vətəndaşlara mesaj göndərirlər. Bu mesajlardan birini oxucularımıza təqdim edirik:
“Hörmətli abonent!
0517082877 nömrəli abonenet sizin balansınıza 25 AZN yükləmişdir”.

Mesajı da elə eyni nömrədən göndərirlər. Mesaj göndəriləndən bir neçə saniyə sonra zəng edərək, konturun geri qaytarılmasını istəyirlər. Tez zəng etmələrinin səbəbi isə sizi çaşdırmaqdır.

Mesajın kimdən gəlməsinə fikir verməyən, balansındakı məbləği yoxlamayanlar bu fırıldağın qurbanı olurlar.

Qeyd etdiyimiz nömrə ilə əlaqə saxladıq. Zəngə cavab verən şəxs fırıldağının ortaya çıxdığını başa düşən kimi telefonu söndürdü.

Belə fırıldaqçıların qurbanı olmamaq üçün diqqətli olmaq lazımdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=31337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728