Bakıda evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı

05.09.2015 - 01:40

gelin1Azərbaycanda evlənməyə hazırlaşan 20 nəfərdə QİÇS, 115 nəfərdə sifilis aşkarlanıb. Bunu Səhiyyə Nazirliyi Hemotologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Bu barədə baku.ws-ə danışan Z.Əlimirzəyevanın sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən müayinədən keçən insanlar əsasən QİÇS, talassemiya, sifilis xəstəlikləri üzrə qan veriblər. Müayinə zamanı talassemiyalı 7 cütlük aşkarlanıb.

Z.Əlimirzəyeva əlavə edib ki, əhalinin 8 faizi irsi qan xəstəliyi olan talassemiya daşıyıcısıdır: “Əgər hər iki cütlükdə bu xəstəlik aşkarlanarsa, o zaman onlara müəyyən məsləhətlər verilir. Çünki bu xəstəlik daşıyıcısı olan insanlar praktiki sağlamdırlar. Onların gələcəkdə övladlarında bu və müxtəlif tipli xəstəliklər yarana bilər”.

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bu il iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər məcburi şəkildə tibbi müayinədən keçirlər. Bu qərardan sonra indiyə qədər evlənmək istəyən 36 min 64 nəfər müayinədən keçib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31352

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728