Azərbaycanın xalq artisti dünyasını dəyişdi (VİDEO)
Azərbaycanın xalq artisti, görkəmli aktyor İlham Əsgərov qəflətən dünyasını dəyişib. Bu barədə ATV.az-a İlham Əsgərovun yaxın qohumu olan müğənni Rövşən Əziz məlumat verib: “Yarım saat öncə dünyasını dəyişdi. Qəflətən infarkt keçirdi. Xəstəxanaya aparılan zaman yolda vəfat etdi”
Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!
Short URL: http://www.cumhuriyyet.net/?p=31388