Azərbaycanda “iPhone” niyə bahalaşıb? – Alıcılar şokda

08.09.2015 - 11:46

phoneBir neçə gündür ki, “İphone” modellərini almaq istəyən alıcılar telefon qiymətlərinin həddindən artıq bahalaşmasından narazı olduqlarını bildirirlər.

Bu barədə “Qafqazinfo”ya müraciət edənlər qeyd edir ki, artıq paytaxtın tanınmış telefon mağazalarında “İphone” telefonlarının qiyməti 30 faiz bahalaşıb.

Alıcıların narazılığından sonra “Qafqazinfo” məsələni araşdırıb. Məlum olub ki, həqiqətən də artıq telefon mağazalarında “iPhone 6” modeli 900 manata deyil, 1198 manata satışa çıxarılıb.

“İphone 6 Plus”un qiyməti isə 1564 manat olub. Bildirilir ki, qiymətlərin qalxmasına səbəb Azərbaycanın birbaşa dünyanın 1 nömrəli şirkəti ilə əməkdaşlığa başlamasıdır.

Belə ki, artıq ölkəmizə “Apple” məhsulları Çindən və ya Dubaydan deyil, birbaşa “Apple” distribüterləri tərəfindən gətiriləcək. Hazırda satışa çıxarılan orjinal “Apple” məhsulları bundan sonra bütün mağazalarda vahid qiymətə satılacaq. Mağazalarda 1198 manatdan aşağı qiymətə satılan “iPhone 6″lar isə orijinal deyil və onları almaqla yanıla bilərsəniz.

Qeyd edək ki, bir müddət əvvəl “Apple” mağazalarının Azərbaycandakı rəsmi distrübüteri olan “Alma Store” mağazalarının təmsilçisi dolların qiyməti ilə bağlı olaraq telefonların bahalaşacağını açıqlamışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=31555

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930