Ən nazik “iPhone” satışa çıxır – FOTO + VİDEO

09.09.2015 - 10:42
iphoneYeni “iPhone 6s”-in qalınlığı 6-6.5 mm arasında olacaq.
Bu gün ABŞ-da Apple şirkəti “iPhone 6s”in təqdimat mərasimi keçiriləcək.
ANS PRESS-in məlumatına görə yeni modelin təqdimat mərasimi canlı yayımla dünyaya nümaiş etdiriləcək.
Yeni “iPhone 6s”in digərlərindən fərqli olaraq daha çox texniki imkanlara sahib olduğu iddia edilir.
“KGI Security” araşdırma şirkətinin iddiasına görə yeni model telefon “Apple” şirkətinin istehsal etdiyi ən nazik “iPhone” olacaq. Onun qalınlığının 6 – 6.5 mm arasında olduğu deyilir.
Hazırda satışda olan “iPhone”- 6.9-7.1 mm qalınlığındadır. Yeni telefonun üstünlüklərindən biri isə səs komandalarına daha geniş yer verilməsidir.
“iPhone 6s”in daha keyfiyyətli videokamerası və möhkəm üz qabığı (alimenium) ilə özündən əvvəlkilərə meydan oxuyacağı iddia edilir. Yeni modeldə iOS 9 –un təkminləşdirilmiş funksiyalarından istifadə ediləcək.
“iPhone 6s”ın əsas rəqibləri isə avqust ayında Cənubi Koreya “Samsung” şirkətinin təqdim etdiyi Galaxy Note 5 və Galaxy S6 edge Plusdur.
“Apple” şirkəti ilk “iPhone”modelini 2007-ci ildə müştərilərinə təqdim edib. 8 il ərzində 6 milyondan çox “iPhone” satılıb.
2014-cü ilin sentyabrında satışa çıxarılan “iPhone 6” və “iPhone 6 Plus” modelləri doqquz ay ərzində şirkətə 183 milyon dollar gəlir gətirib.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=31625

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728