Habil Əliyev həm də gözəl rəqqas idi… – VİDEO

09.09.2015 - 10:53

habil2Çubuq nağarası və qara zurnanın müşayiəti altında milli rəqsi ifa edən bu şəxs məşhur kaman ustadı Habil Əliyevdir.
Axar.az xəbər verir ki, o dövrün yeganə görüntüsü olan bu kadrlar Habil Əliyevin müəyyən müddət rəqslə məşğul olduğunu təsdiqləyir. Xatirələrində cəmi bircə dəfə bu kadrları yada salan mərhum sənətkar rəqsin həyatında epizodik olduğunu bildirmişdi.
Qeyd edək ki, böyük sənətkar ötən gün, sentyabrın 8-də 88 yaşında dünyasını dəyişib.
Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. 1952-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Tarzən Qurban Pirimov və Xan Şuşinskidən muğamın sirlərini öyrənib.
1964-cü ildə əməkdar artist, 1978-ci ildə xalq artisti adına layiq görülüb.
1954-cü ildə Şərqiyyə xanımla ailə həyatı qurub, üç qızı və bir oğlu var.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifi idi. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=31628

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728