Abid Şərifovun şirkəti pulları vermədi, 400 fəhlə yolu bağladı

09.09.2015 - 11:58

evraskon“EVRASCON” şirkətinin direktorlar şurasının sədri Mənaf Şirinov Salyanda aylardır əməkhaqqı almadıqlarına görə aksiya keçirən və yolu bağlayan işçilər qarşısında çıxış edərək onları “yola gətirib”.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, M.Şirinov işçilərə bildirib ki, hazırda şirkətin vəziyyəti olduqca ağırdır, maliyyə baxımından müflis vəziyyətindədir.

Bununla belə o, işçilərin aksiya keçirməsinin “düzgün hərəkət olmadığını” bildirib. M.Şirinov vəd edib ki, iki aylıq əməkhaqqının yaxın vaxtlarda ödənilməsinə çalışacaqlar.

Onun vədinə əsasən şirkət gələn həftə bir aylıq əməkhaqqını ödəməyə çalışacaq. Gecikdirilmiş maaşlardan daha bir aylığı isə gələn ay veriləcək.

Bununla belə işçilər bu vədlərə o qədər də inanmırlar. Xatırladaq ki, “EVRASCON” şirkətinin Ələt-Astara yolunun tikintisində işləyən işçiləri aylardır əməkhaqqı almır. Bu yol tikintisi layihəsi Nəqliyyat Nazirliyinin sifarişi ilə həyata keçirilir və büdcədən maliyyələşir. Ona görə də podratçı şirkətin əmək haqlarını gecikdirməsinin səbəbləri aydın deyil.

“EVRASON” şirkətinin kreditor borcları 235 milyon manatdan çoxdur, bu borcların bir hissəsi banklara olan borclardır.

Short URL: http://www.cumhuriyyet.net/?p=31650

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728