Ermənilər Bakıda “xod getmək” istəyir

11.09.2015 - 00:20

rr“Dünya Kubokunda mümkün qədər yaxşı çıxış etmək istəyirəm. Bizi çox maraqlı və gərgin mübarizə gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu Ermənistan millisi şahmatçısı Levon Aronyan deyib.

Dünya Kubokunda iştirak edəcək Ermənistan yığması az öncə Bakıya gəlib. Yarışın mətbuat xidmətinə açıqlama verən Aronyan bildirib ki, sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək yarışda onları çox maraqlı və gərgin mübarizə gözləyir: “Bütün şahmatçılar Bakıya iddialı gəlib. Əsas rəqiblərim arasında yerli şahmatçılardan Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da var. Bakı haqqında dostlar mənə çox şeylər danışıblar. Turnirin sonuna yaxın imkan olsa şəhəri görmək maraqlı olardı. Mənim müəllimlərim arasında əslən Bakıdan olanlar da olub”.

Qeyd edək ki, Ermənistan millisi Dünya Kubokunda 4 şahmatçı ilə təmsil olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=31876

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728