Xətainin icra başçısı prezidentə belə yalan danışır

11.09.2015 - 11:55

yolPrezident İlham Əliyevin Xətai rayonu, Əhmədli qəsəbəsindəki 5 saylı texniki-peşə liseyinin açılışında iştirak edəcəyi gözlənilir.

Virtualaz.org saytı xəbər verir ki, yerli icra hakimiyyəti orqanları dövlət başçısının gəlişi ərəfəsində qəsəbədə müəyyən abadlıq işləri görüblər.

Lakin liseyin yaxınlığındakı ərazilərin abadlaşdırılması zamanı kuryozlar da olub. Bu da ondan ibarətdir ki, həmin ərazinin yalnız məhdud bir hissəsi abadlaşdırılıb. Məmurlar yalnız prezidentin gözünə dəyə biləcək ərazilərdə asfaltlama, rəngləmə və təmir işləri aparıblar, qalan yerlər isə əvvəlki kimi bərbad durumda qalıb.

Prezidentin keçib gedəcəyi ərazidən 20 metr o tərəfdə isə asfaltlanmış yol qurtarır. Elə rənglənib ağardılmış hasar da, yaşıllıq zolağı da. Və adi Əhmədli başlayır.

Bu mənzərəni təqdim etdiyimiz fotolardan da aydın görmək olar.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=31954

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728