ABŞ vətəndaşı İlham Əliyevdən yardım istəyir

14.09.2015 - 01:13

ilham7Amerika Birləşmiş Ştatlarının vətəndaşı Mehmet Gülişıq prezident İlham Əliyevə növbəti dəfə müraciət edib. Mehmet Gülişıq müraciətin bir surətini də istiqlal.az-a göndərib. Xatırladaq ki, ABŞ vətəndaşı bundan əvvəlki müraciətində 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qaynı Rauf Sultanovun taleyindən çox narahat olduğunu bildirmişdi.

Onun sözlərinə görə, Rauf Sultanov uşaqlıqdan birinci qrup ömürlük əlildir. Mehmet Gülişıq yazırdı ki, qaynının cəza müddəti 2015-ci il dekabrın 2-də bitir. Lakin Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Məcidov və Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Elmar Abdalov əlbir olub qanunsuz olaraq Rauf Sultanov barəsində cinayət işi başlayıblar: “Halbuki Raufa qarşı heç bir şikayət və tələb yoxdur. Rauf azadlıqda olduğu zaman onu Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Habil Əlişanov qəbul etmişdi. Rəis müavini məsələnin ciddi araşdıralacağına söz versə də, müsbət nəticəsi olmadı. Rauf həbsdə olduğu müddətdə Nəsimi və Xəzər Rayon Polis İdarələrinin müvəqqəti saxlama yerində Vüqar Məcidov və Elmar Abdalov tərəfindən işgəncə və təzyiqlərə məruz qalıb. Belə zorakı yollarla onu boş kağızlara imza atmağa məcbur ediblər. Raufdan başqa ailəsində daha 3 əlil vardır”.

Hövbəti müraciətdən bəlli olur ki, Rauf Sultanov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. “Sentyabrın 11-də hakim Tərlan Əkbərovun sədrliyi ilə növbəti proses keçirilib. Prosesdə Rauf Sultanovun günahsız olduğu dəlillərlə sübuta yetirilsə də, məhkəmə Vüqar Məcidovun əməllərini ört-basdır etmək istəyir. Prosesdə dövlət ittihamçısı Əsəd Ramazanov 6 il 2 ay “iş” istəyib. Onu da qeyd edim ki, Vüqar Məcidov barəsində DİH-də xidməti yoxlama aparılır. Hövbəti proses sentyabrın 18-də keçiriləcək.
Cənab prezident, qanunsuz olaraq günahsız şəxsi, 1-ci qrup əlili uzun müddətli həbsxanaya göndərmək istəyirlər. Ailəlikcə Sizdən bu məsələni diqqətdə saxlamınızı xahiş edirik”, – deyə Mehmet Gülişıq bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=32046

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728