“Qadağa Sumqayıt maşınlarına da aiddir”

15.09.2015 - 13:09

polis“Ola bilsin ki, Sumqayıt qeydiyyatında olan hansısa maşın hardansa keçərək paytaxta daxil olub. Ümumilikdə isə, istər Sumqayıt qeydiyyatında, istərsə də rayon qeydiyyatında olan maşınların paytaxta girişinə qadağa qoyulub”.

Bu sözləri “Qafqazimfo”ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, bu gün səhər saatlarında özü də Bakı qeydiyyatında olmayan avtomobillərin saxlanması üçün ayrılmış ərazidə olub: “Mən Sumqayıt qeydiyyatında olan maşınların paytaxta buraxıldığının şahidi olmamışam. Sumqayıt sakinləri üçün artıq qatar da istifadəyə verilib. Mən inanmıram ki, kimsə bu əlverişli qatardan imtina edib maşınla hərəkət etmək istəsin. Belə ki, qatarla Bakıya 40 dəqiqəyə çatmaq mümkündür. Avtomobillə isə xeyli gec çatmalı olursan. Mən həmçinin sürücülərimizə də təşəkkür edirəm ki, verilmiş bu qərara hörmətlə yanaşdılar. Səhər saatlarından etibarən onlar üçün nəzərdə tutulmuş ərazidə avtomobillərini saxladılar və ictimai nəqliyyatdan istifadə edərək paytaxta daxil oldular”.

Short URL: http://www.cumhuriyyet.net/?p=32250

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728