Klinikanın şöbə müdiri Oqtay Şirəliyevə meydan oxudu

06.01.2014 - 19:43

“Hətta nazir də bilir ki, klinika bir nəfərə tabedir….”

“Hətta nazir də bilir ki, klinika bir nəfərə tabedir….” 
Рњ.Ə.Əfəndiyev adına 2
saylı şəhər klinik xəstəxanası ilə bağlı redaksiyamıza olduqca ilginc
məlumatlar daxil olub. Dosye.az-a danışan mənbənin sözlərinə görə,
adıçəkilən klinika ilə bağlı son zamanlar söz-söhbətlər artmaqda davam
edir və bütün bunlar nazirin belə narahatlığına səbəb olmaqdadır:

“Рњ.Ə.Əfəndiyev
adına 2 saylı şəhər klinik xəstəxanasının adı bu yaxınlarda tələbələrin
etiraz aksiyası xəbərdarlığı ilə gündəmə gəldi. Belə ki, təcrübə
keçdikləri klinikadakı dözülməz şəraitdən gileylənən Tibb
Universitetinin tələbələri hətta nazir Oqtay Şirəliyevə belə müraciət
edəcəklərini bəyan etmişdilər. Onlar rəhbərliyin onları təcrübə
keçdikləri bu klinikaya buraxmadıqlarından şikayət edirdilər”.
Mənbəmiz
daha sonra adıçəkilən klinikada ümumiyyətlə özbaşınalığın hökm
sürdüyünü iddia edir: “Bütün bu özbaşınalıqların başında isə Əfəndiyev
adına şəhər kilinikasının şöbə müdiri Tofiq Şıxaliyev dayanıb. O, vəzifə
səlahiyətindən sui istifadə edərək rəhbər olduğu şöbəni bazara çevirib.
Şöbə müdiri istisnasız olaraq bütün xəstələrdən rüşvət tələb edir ki,
bütün bunlar da vətəndaşların haqlı narazılığına səbəb olmaqdadır. Onun
bu qanunsuz əməlləri ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə şikayət
olunsa da məlum olmayan səbəblərdən həmin şikayətlər hansısa qüvvələr
tərəfindən qapanır”.
Maraqlıdır,
görəsən Tofiq həkim haqda səslənən bu ittihamlar nə dərəcədə doğrudur
və onu həqiqətənmi nazirlikdəki hansısa güclər himayə edir? Bu və digər
suallara aydınlıq gətirmək məqsədilə əməkdaşımız Tofiq həkimlə əlaqə
saxlayıb. Tofiq həkimin əməkdaşımıza verdiyi cavab isə nəinki suallara
cavab rolunu oynamadı, əksinə bu cavab yeni suallar doğurdu. Gəlin,
Tofiq həkimin cavabı ilə tanış olaq:
“Mənim
haqqımda nə yazırsınızsa yazın. Bunlar məni əsla maraqlandırmır. Hətta
nazirimiz də bilir ki, klinika bir nəfərə tabedir…”
Göründüyü
kimi, olduqca anlaşılmaz cavabdır və biz Dosye.az olaraq məsələni
araşdırmaqda qərarlıyıq. Məsələylə bağlı Səhiyyə Nazirliyinin də
mövqeyini öyrənməyə çalışacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3232

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31