Qafqazın azərbaycanlı kəndləri İŞİD-ləşir – Foto

16.09.2015 - 12:07

Gürcüstanın Pankisi dərəsindəki Duisi kəndindən İŞİD-ə qoşulanlar artıb.

Kənddə çeçenlərə qohum sayılan 8 min etnik kistdən başqa, 1990 və 2000-ci illərin Çeçenistan müharibəsinin didərgin saldığı qaçqınlar da yaşayır.

“BBC Azərbaycanca” bölgədən reportaj hazırlayıb və Cənubi Qafqazda radikallaşmanı təhlil edib.

Qeyd olunur ki, qadınların bəziləri al-əlvan çadraya bürünüblər, bəziləri isə ya başları açıq gəzirlər, ya da ənənəvi kist yaylığı bağlayıblar. Kişilər də bir-birlərindən fərqlənirlər.

Bəziləri üzlərini tərtəmiz qırxıblar, bəzilərinin uzun və dini məna daşıyan saqqalları var. Gəncləri ekstremist qruplara, xüsusən də “İslam Dövləti” təşkilatına cəlb etməyə başlayıblar.

Suriyada döyüşənlərin arasında Pankisinin ən tanınmış mühaciri Tarxan Batirişvilidir. Ləqəbi Əbu Ömər Şişani olan bu şəxs İŞİD-in böyük komandirlərindən sayılır.

“Mən İŞİD-i dəstəkləyirəm, çünki onlar Suriyada müsəlmanları xilas edirlər”, – yerli yeniyetmələrdən biri deyir.

Pankisi Ağsaqqallar Şurası isə bildirir ki, indi gənc kistlər arasında İŞİD təbliğatı internetdən köçürülən və telefonlarla paylaşılan videolar vasitəsilə asanlıqla aparılır.

Şura həm də bildirir ki, bu təbliğata qarşı heç bir tədbir görülmür. Pankisidən olan 13 nəfərin artıq həlak olduğu məlumdur. Müəllif yazıb ki, bu proses təkcə Pankisiyə xas deyil.

Həm də iqtisadi baxımdan daha uğurlu Acariyada və ya Kaxeti, Samtxe-Cavaxeti və Kvemo Kartli regionlarındakı azərbaycanlı kəndlərində də radikallaşma gedir. Azərbaycan kəndlərindən bir neçə döyüşçünün və “cihad gəlini”nin də Suriyaya getdikləri bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=32350

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930