Qobustan həbsxanasından daha bir məhbus fəryad qopardı
Bir ailənin acı taleyi
vaxtlar diş həkimi olacaq, ailəsinə, yaşlı atasına dayaq duracaqdı. O
zamanlar baş verən qəfil qətl hadisəsi onun və ailəsinin bütün həyatını
dəyişdi. Yox, elə düşünməyin ki, Hüseynağa Babayev qətl törədib, adam
öldürüb, əlini qana batırıb. Olmayıb belə bir şey. Azərbaycan
məhkəmələrinin, hakimlərin vicdandan uzaq ədalətsiz qərarları bir
ailənin ocağını söndürüb, bir-birinə doğma, əziz olan insanları
yerindən-yurdundan oynadıb, pərən-pərən salıb. Bu ailənin faciəsinin
şahidi olan insanlar bu gün də inana bimirlər, inana bilmirlər ki, necə
olur, gələcəyə namuslu, qeyrətli, savadlı, ziyalı övladlar böyütmək
arzusu olan Əmirəli kişi də haqsızlığın, qudurğanlığın, harınlığın
qurbanı ola bilər. Oğullarına tuşlanan barmaqlar sonunda onu haqlayacaq,
haqsız yerə salındığı həbsxana divarlarının arasında ölümün üzünə dik
baxa-baxa, bu dünyadan nakam köçəcək.
biləydi ki, oğlanlarının ali məktəblərə qəbul olunduğu zaman keçirdiyi
sevinc hissləri çox sürməyəcək, faciə-faciə ardınca onu izləyəcək və
ailəsini olmazın dərdlərə düçar edəcək. Əmirəli kişinin 3 oğlu – Babayev
Əhmədağa Xəzər Universitetinin beynəlxalq hüquq fakultəsində, Babayev
Mütəllim İqtisadiyyat Universitetinin sonuncu kursunda, Hüseynağa
Babayev isə Azərbaycan Tibb Universitetinin stomotoloğiya fakultəsində
təhsil alarkən, xoşbəxt gələcəyə ünvanlanmış arzuları qapını döyən ilk
faciə ilə belə başladı.
təhsil alan Babayev Əhmədağa 1993-cü il oktyabrın 25-də 20 nəfər gənc
tərəfindən vəhşicəsinə döyülür, bıçaqla boğazı kəsilərək, qətlə
yetirilir. Nə polis, nə də məhkəmə qatilləri cəzalandırmır, sonunadək
hüquq-mühafizə orqanlarına güvənən ailənin bütün cəhdlərinə baxmayaraq,
cinayətin üstü bağlanır.
haqsız ölümü, cinayətkarların azadlıqda gəzməsi ailənin yaxın
adamlarını rahat buraxmır, ən azı onlara “dərs” vermək, törətdikləri
qətlin nə qədər ağır olduğunu onlara dərk etdirmək istəyirlər. Yaxın
dostları Azər Nüsrətov və Ələddin Əliyev bu məqsədlə Əhmədağanın böyük
qardaşı, 23 yaşlı Hüseynağaya müraciət edərək, onlara qoşulmağı məsləhət
görürlər. Hüseynağa bunun heç bir nəticə verməyəcəyini, cinayətkarlara
ziyan vurmağı bacarmayacağını bilsə də, gənclərə qoşulur. Hadisə zamanı
sürücü rolunu oynasa da, nə əlinə silah alır, nə də adam öldürür.
1996-cı il sentyabrın 19-da Ali Məhkəmənin 144 saylı hökmü ilə ölüm
cəzasına məhkum edilir. 1998-ci il fevralın 10-da cəzası ömürlük
azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilir.
övlad dərdinə qarışmış, olanlardan xəbərsiz saxlanılan Əmirəli kişi və
oğlu Mütəllim, Hüseynağanın həbsindən sonra dərhal həbs olunurlar.
Cinayətlərdə iştirakları sübut olunmasa da, barələrində ən ağır cəza
kəsilir. Ali Məhkəmənin 19 sentyabr 1996-cı il tarixli hökmü ilə Əmirəli
kişiyə ölüm cəzası verilir, Mütəllim Babayev isə 13 il azadlıqdan
məhrum edilir. M.Babayev 2008-ci ildə cəzasını başa vurub, azadlığa
qovuşsa da, atası Əmirəli kişi 17 il törətmədiyi cinayətin ağır cəzasını
çəkdikdən sonra, türmədə tapdığı sağalmaz xəstəliklərdən 2012-ci il
noyabrın 21-də 77 yaşında dünyasını dəyişir.
əgər hüquq-mühafizə orqanları, məhkəmələr rüşvətə deyil, qanunlara
boyun əysəydilər, ədalətli hökm çıxarsaydılar və Babayev Əhmədağanın
qatillərini vaxtında cəzalandırsaydılar, o zaman “özüməhkəmə” hadisəsi
baş verməzdi. Azərbaycanda ən qatı cinayətlərin törədildiyi 1988-1993
-cü illərdə özü də 22-23 yaşlı gənclərin, “qanlarının qaynadığı” bir
vaxtda baş vermiş bu qətl hadisəsinin mahiyyəti istintaq orqanları
tərəfindən daha səriştəli aparılar, o zaman əlinə silah almayan, qan
tökməyən, gələcəyi Vətən üçün xeyirli mütəxəssis kimi yetişən bir gəncin
tale işığını söndürməz, bir ailənin faciəsinin baiskarı olmazdılar.
Respublikasi Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri
üzrə məhkəmə təcrübəsi” ilə bağlı 12 dekabr 2002-ci il tarixli,
çıxardığı 3 saylı qərarda da qeyd olunur ki, “Qəsdən adam öldürmə
cinayətləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, bu
kateqoriyadan olan işlərə baxılarkən ciddi qanun pozuntularına yol
verilməsi halları da mövcuddur. Bu bir tərəfdən də yeni cinayət
qanunvericiliyinin qəbul edilməsi və tətbiqi ilə əlaqədardır. Çünki,
yeni cinayət qanunvericiliyi bu cinayətlər üzrə əvvəlkindən fərqli bir
sıra yeni tövsifedici əlamətlər müəyyən etmişdir. Məhkəmələr tərəfindən
cəzaların təyini zamanı Cinayət Məcəlləsinin 58-61-ci maddələrinin
müddəalarının düzgün anlaşılmaması hallarına da yol verilir”.
qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə
alınaraq məhkəmələr törədilmiş cinayət hadisəsini hərtərəfli, tam və
obyektiv araşdırılmalıdırlar. İbtidai istintaq zamanı və birinci
instansiya məhkəməsində işə baxılarkən hadisənin işin düzgün həllinə
təsir edən bütün halları aydınlaşdırılmalıdır. Apellyasiya instansiyası
məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə
Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq
məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və
birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan
qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin
düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin
xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən
əvvəlki münasibətləri, cinayətin məqsədi,motivi,törədilmə üsulu,
təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni
törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza
təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır.
Babayev bütün ali instansiyalara günahsız olduğunu, hüquq-mühafizə
orqanlarının səriştəsizliyi səbəbindən ömürlük həbs cəzasına məhkum
olunduğunu dəfələrlə yazaraq, işinə yenidən baxılmasını və cəzasının
qalan hissəsindən azad olunmasını diləsə də, səsinə səs verən olmayıb.
ümid yeri bildiyi, vaxtilə arzularının çiçəkləndiyi, təhsil aldığı
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanova müraciət
edib:
tələbəlik illərim, Sizin ATU-nun rektoru kimi rəhbərliyiniz dövrə
təsadüf edib, buna görədə özünü xoşbəxt hiss edirəm. Mən, Sizin
alicənablığınızı, ədalətli olduğunuzu bilərək, mətbuat vasitəsi ilə
müraciət edirəm. Bildirirəm ki, əgər Siz mənə ali təhsil verən, sənətimi
öyrədən müəllimlərimdən maraqlansınız, çoxlu sayda barəmdə müsbət
xarakterizə verənlər tapılacaq. Mən, buna tam əminəm! Mən cinayətkar
deyiləm!
haqlarım çox kobud şəkildə pozulub, elə ona görə də, sizin köməkliyinizə
böyük ehtiyacım var.
(ağır cinayətdə qismən sürücü qismində iştirak etmişəm, adam
öldürməmişəm, əlimə silah almamışam) cəzamı artıqlaması ilə çəkmişəm.
Əgər, tam araşdırmaq üçün, məlumat toplamaq üçün, hər hansısa sənəd
lazım olarsa, göndərə bilərəm. Xahiş edirəm:
araşdırmadan sonra, barəmdə cəzanın və saxlanma rejimin
yüngülləşdirilməsi və yaxud həbsdən tam azad olunmağım barədə: AR-nın
Prezidenti, cənab İlham Heydər oğlu Əliyevə qanunvericiliyə müvafiq
qaydada müraciət edəsiniz. Sizin tələbəniz olaraq, Sizə güvənirəm və
inanıram ki, mənə kömək edəcəksiniz.
1990-1995-ci illərdə ATU-nun Stomotologiya fakultəsinin 716-cı qrupunda
təhsil alan, hazırda AR ƏN PX Qobustan həbsxanasının “Ömürlük Həbs
Rejimin”ndə qanunsuz olaraq saxlanılan Babayev Hüseynağa Əmirəli oğlu”
Short URL: http://www.cumhuriyyet.net/?p=3237