Xalq artistinə vəzifə verildi – Açıqlama

18.09.2015 - 12:14

valehAzərbaycanın sevilən aktyoru, xalq artisti Valeh Kərimov işlə təmin olunub.

Bu barədə aznews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu mövsüm Gəncə Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərəcək: “Hazırda Gəncədəyəm. Məni buraya rejissor kimi dəvət ediblər. Həm tamaşalar hazırlayacağam, həm də aktyor kimi rollar oynayacağam”.

V.Kərimov bildirib ki, hazırda sözü gedən teatrda quruluş verəcəyi əsəri teatr rəhbərliyi ilə müzakirə edir: “Mənim fikrimdə çox əsərlər var. Teatrın imkanları çatan əsərləri səhnəyə gətirəcəyəm”.

Xatırladaq ki, Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərirdi. O, ötən mövsümdə yaşla əlaqədar teatrdan kənarlaşdırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=32567

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728