Azərbaycanda üç telekanal HD yayıma keçir

18.09.2015 - 13:52

kanalYaxın vaxtlarda Azərbaycanda üç telekanal HD formatlı yayıma keçəcək. Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri Isa Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə artıq qərar verilib. Qərara əsasən hələlik HD formatında yayım Abşeron və Bakını əhatə edəcək: “Gələcəkdə sözügedən yayım bütün bölgələrdə olacaq. Qeyd edim ki, hələlik HD yayıma AZTV, ”Idman Azərbaycan” və CBC Sport kanalı keçəcək. Artıq HD yayıma keçidlə bağlı vericilər Azərbaycana gətirilib və quraşdırılıb. Amma buna baxmayaraq, biz adını çəkdiyimiz kanalları bu yayıma keçid üçün tələsdirmirik”.

I.Məmmədov digər kanalların bu yayıma nə vaxt keçəcəyinə də aydınlıq gətirib: “Teleradio Şurası hər bir telekanala HD formatına keçidi tələb kimi qoyub. Amma buna baxmayaraq, onların maddi durumu da nəzərə alınır. Hazırda onların xərcləri çoxdur. Amma yaxın gələcəkdə digər 6 telekanal da maddi vəziyyətini düzəldib bu yayıma keçəcək. Çünki bu onların da marağındadır”.

Qeyd edək ki, HD yayımda sürət artırılır və texniki problem yaranmır, donmalar olmur, görüntü isə daha aydın və keyfiyyətli olur. (Trend)

Short URL: http://www.cumhuriyyet.net/?p=32610

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728