Daha 50 erməni ailəsi Azərbaycana gəlmək istəyir

21.09.2015 - 12:53

ermeniHüquq müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə Azərbaycana qaçan Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan 50-dən çox erməni ailəsinin Azərbaycana gəlmək istədiyini bildirib.

Bu haqda modern.az saytına hüquq müdafiəçisi Novella Cəfəroğluməlumat verib.

O deyib ki, ermənilər Azərbaycana gəlməklə Serj Sarkisyan rejiminə etiraz nümayiş etdirirlər: “Vahan Azərbaycandan siyasi sığınacaq istədi, ölkəmiz də ona müsbət cavab verdi. Onu da deyim ki, ermənilərin Azərbaycana gəlişi təkcə iqtisadi çətinliklərlə bağlı deyil. Sadəcə, ölkələrindəki siyasi rejim insanlara rahat yaşamağa imkan vermir. Ona görə də bizim ölkəyə üz tuturlar. İqtisadi çətinlikləri olanlar isə daha çox Rusiyaya gedir”.

Novella Cəfəroğlu bildirib ki, Vahan Martirosyanla mütəmadi görüşür: “Azərbaycanda olmaqdan məmnundur və qaldığı şəraitdən də çox razıdır”.

Vahan Martirosyanın üçüncü ölkəyə getmək fikrinin olub-olmamasına gəlincə, Novella Cəfəroğlu deyib ki, bu barədə fikir mübadiləsi aparmayıblar: “Bununla bağlı məsələni o, özü həll edəcək. Hələ ki, ailəsi ilə birlikdə Azərbaycandadır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=32749

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728