Dövlət müşavirinə sərt suallar: “Kamal müəllim, Prezidentin üzünə necə baxacaqsız?”
Bir neçə gün öncə İtaliyanın Laquila şəhərində Tanturri Fondunun təsis etdiyi məşhur 42-ci “Scanno” mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, yazıçı Kamal Abdulla italiyalı oxucular tərəfindən böyük maraqla qarşılanan “Yarımçıq əlyazma” romanına görə mükafat alıb. K.Abdulla mərasimdə iştirak etməyib. Mükafatı Azərbaycan tərəfindən yazıçının adından Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov alıb. Bu mükafatdan sonra tanınmış yazar Salam Sarvan öz facebook səhifəsində maraqlı statusla çıxış edib. Heç bir şərh vermədən cumhuriyyet.az olaraq həmin statusu diqqətinizə çatdırırıq:
“Əziz Kamal müəllim, sizi təbrik edərək, bir neçə sualımı da cavablandırmanızı istərdim:
1.Ümumən , bu mükafatlar niyə məhz sizə verilir, məsələn, mənə yox, məhz sizə?!
2. Özünüz bu mükafatın sifətinə necə baxırsız?
3. Mükafatı sizin əvəzinizdən İtaliyadakı səifr alıb. Demək ki, rəsmi prosedur var. Demək ki, rəsmi instanasiyalara hesabat verəcəksiz. Birdən son instansiya Prezident olsa, onun üzünə hansı arxayınlıqla baxacaqsız?”
Short URL: http://www.cumhuriyyet.net/?p=32955