Nadir təbiət hadisəsi: payız Azərbaycanda sentyabrın 23-də girir

23.09.2015 - 12:11

payizBu gün Bakı vaxtı ilə saat 13:22-də Azərbaycanda payız fəsli başlayır.

Bunu “Report”a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov bildirib.

Onun sözlərinə görə, bu gün gecə və gündüz bərabərliyi baş verəcək: “Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır”.

Xatırladaq ki, payız fəsli dünyanın şimal yarımkürəsində sentyabr, oktyabr, noyabr aylarında, cənub yarımkürədə isə mart, aprel, may aylarında yaşanır. Bu mövsümdə gecələr uzanır və gündüzlər qısalır. Hərarəti və işığı azalan günəş daha tez batır. Payız günləri əsasən sərin, yağıntılı və küləkli keçir.

İldə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi isə martın 21-nə təsadüf edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=33017

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728