İlham Əiyevin havada qalan göstərişi

12.01.2014 - 16:07

Paytaxt meriyası evlərin sənədləşdirilməsi
üçün dövlət başçısından qanun istəyir

 

Paytaxt meriyası evlərin sənədləşdirilməsi
üçün dövlət başçısından qanun istəyir

 

 

 

Az
qala 3 il öncə – 2011-ci ilin martında Azərbaycan prezidentinin Bakı şəhər İcra
Hakimiyyətinə göstərişindən sonra sənədsiz evlərin sənədləşdirilməsi sanki bir
neçə ayın məsələsi sayılırdı. Sənədsizlikdən, qeydiyyatsızlıqdan problem
yaşayan sakinlərin üzü gülürdü. Bəs indi vəziyyət necədir?

Bakının
bir neçə rayon icra hakimiyyətlərindən verilən məlumata görə, sənədsiz
tikililərlə bağlı siyahı paytaxtın icra hakimiyyətinə verilib. Səbail rayon
İcra Hakimiyyətinin memarı Ramiz Xəlifəli deyir ki, yeni tikinti məcəlləsi
hazırlananda onlar rayon ərazisindəki bütün sənədsiz tikililərin siyahısını
Bakı şəhər İcra Hakimiyyətinə təqdim ediblər. Amma prosesin sonrakı gedişindən
xəbərsizdirlər: “Təxminən bir il əvvəl bütün siyahını toplayıb vermişik Bakı
şəhər İcra Hakimiyyətinə. O biri rayonlar da bizim kimi. Elə adam var,
sərəncamla tikib, eləsi var, torpağın “kupça”sı, çıxarışı var, amma layihə
təsdiqlənmədən ev tikib, elələri də var, sovet dövrünün sənədlərinə istinadla
özünə ev tikib”.

Bakı
şəhər İcra Hakimiyyətinin mənzil hüququ şöbəsinin adının çəkilməsini istəməyən
əməkdaşı siyahını aldıqlarını təsdiqləyir, amma qərar olmadan siyahının
toplanmasını əhəmiyyətsiz sayır: “Qərar yoxdursa, siyahının verilməsinin nə
əhəmiyyəti var? Biz o siyahını toplayıb Nazirlər Kabinetinə verməli idik, hələ
ki, oraya hər hansı siyahı verməmişik. Gərək bir qərar ola ki, sonra addım
atıla”.

Prezident
İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı
aidiyyəti qurumlara, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verəndən
bir il sonra ayrıca bir sərəncam imzalamışdı. 2012-ci ilin iyununda verilən
həmin sərəncama görə, magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik
şəbəkələrinin, neft və qaz yataqlarının olduğu torpaq sahələrindəki ev və digər
tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya
yaradılmalıydı. Sözügedən komissiya həmin sahələrdə inşa edilmiş yaşayış
evlərinə və digər tikililərə aid məsələləri araşdırıb təkliflərini üç ay
müddətində prezidentə təqdim etməliydi. Ortalıqda, hələ ki, hər hansı siyahı
yoxdur.

Hüquqşünas
Fuad Ağayev məsələnin bu qədər yubadılmasının səbəbini hakimiyyətdaxili
ayrı-ayrı qrupların mövqeyinə bağlayır. Onun fikrincə, daşınmaz əmlakın xeyli
hissəsi müxtəlif qrupların əlində cəmləşdiyindən vəziyyət bu həddə çatıb: “Belə
siyasət davam edərsə, 5-10 ildən sonra Azərbaycanda daşınmaz əmlakın
əhəmiyyətli hissəsi həmin qrupların əlində cəmləşəcək. İndi cəmləşdiyi kimi”. Fuad
Ağayevə görə, belə bir vəziyyətin uzun müddət davam etməsi ciddi narazılıq
doğura bilər. Hüquqşünasın fikrincə, hakimiyyət prosesə müdaxilə etməli,
verilən göstərişlərin yerinə yetirilməsinə nail olmalıdır: “Əgər prezidentin sərəncamlarına və şifahi
göstərişlərinə əməl olunmursa, dövlət başçısının özü tədbir görməlidir. Bunun
başqa yolu yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3310

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30