Ziya Məmmədovun oğlu ölkədən qaçıb?

28.09.2015 - 03:28

Anar Ziya MəmmədovlarıNəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib. Məlumatda deyilir ki, Anar Məmmədovun ölkədən gedişi atası ilə əlaqədar problemlərlə bağlıdır.
Qeyd edək ki, Ziya Məmmədov artıq hakimiyyət komansında nüfuzunu itirib. Prezident İlham Əliyevin də ona etimad göstərmədiyi bildirilir. Ziya Məmmədovun səlahiyyətlərinin bir qisminin əlindən alınması və onun prezident səviyyəsində tənqid edilməsi bu məlumatların əsassız olmadığını göstərir. Məlumat üçün deyək ki, “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Bundan başqa Ziya Məmmədovun nəzarətində olan “Transqeyt” şirkətinin marşrut avtobuslarının xəttə buraxılmasına qadağa qoyulub. Taksilərə lisenziya verilməsi də ASAN xidmətə tapşırılıb. Ziya Məmmədovun nəzarətində olan Bakı Beynəlxalq Avtovağzalı da nazirin əlindən çıxıb. Bəzi məlumatlara bütün bunlar Ziya Məmmədovun “vurulması” planının tərkib hissəsidir.
İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Ziya Məmmədov özünə qarşı planlarda oğluna da təhlükə görür. Bu baxımdan da onu ölkədən çıxarıb.(istiqlal.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=33165

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728