Bakı Metropolitenindən XƏBƏRDARLIQ: “Oktyabrın 1-dən etibarən…”
Oktyabrın 1-dən etibarən “Bakı Metropoliteni”ndə gediş haqqının ödənişi yalnız “Bakıkart”lardan istifadə etməklə mümkün olacaq.
Milli.Az xəbər verir ki, yeni sistemin tətbiqi ilə əlaqədar olaraq “Bakı Metropoliteni”nin bütün stansiyalarında kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq.
Nəzərinizə çatdırırıq ki, “Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi “Bakı Metropoliteni”nin bütün stansiyalarında, “Baku Bus” MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir. Hazırda sərnişindaşımada mövcud olan sıxlığı sərnişinlərdən xahiş olunur ki, metropolitendən istifadə edərkən özləri ilə karta yükləyəcəkləri məbləğdə xırda pul götürsünlər.
“Bakıkart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “N.Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.
Short URL: http://www.cumhuriyyet.net/?p=33219