Səlim Müslümov ev paylayacaq – Əlillərə

28.09.2015 - 12:39

selimVətəninfo.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə etdiyi məlumata görə, ilin sonuna kimi Bakı şəhəri üzrə hazırda növbədə olan Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillər paylanacaq.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq bir müddətdir yeni inşaa edilmiş çoxmərtəbəli binalardan aldığı mənzilləri təmir edir və hazır olan mənzillər rayonlar üzrə bölgü başa çatdıqdan sonra əlil və şəhid ailələrinə açarları təqdim olunacaq.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu işə çox ciddi həssaslıq göstərir və əlil və şəhid ailələri üçün dövlət tərəfindən verilən mənzillərdə gələcəkdə bu və ya digər problemlərin olmaması üçün, təmir işlərinin aparılmasında təkim olunan inşaat şirkətindən bütün işlərin yüksək səviyədə olmasın tələb edib.

Məlumata görə, artıq onlarla mənzil hazırdır və sadəcə olaraq sahiblərinin köçməsini gözləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=33227

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728