Fermer daxili işlər nazirindən kömək istəyir

28.09.2015 - 13:36
ramilAbşeron rayonu, Qobu qəsəbəsində fermer təsərrüfatı ilə məşğul olan Elvin Məmmədov daxili işlər naziri Ramil Usubova müraciət edib. 
O, həmçinin, müraciətinin ictimailəşdirilməsini musavat.com saytından xahiş edib. Fermer bildirir ki, min bir əziyyət çəkib ərsəyə gətirdiyi kiçik fermer təsərrüfatından oğurluq edən şəxslər tapılıb cəzalandırılmır: “Bir neçə aydır ki, fermadan ardıcıl olaraq oğurluqlar baş verir. İndiyədək 70-dən artıq qoyunumuz oğurlanıb. Nəhayət, oğrunun kimliyini müəyyən etmək üçün fermaya müşahidə kameraları quraşdırdıq. Bundan bir neçə gün sonra – 2015-ci il avqustun 31-də, gecə saat 3 radələrində daha üç qoyun oğurlanması videokameraya düşdü. Həmin çəkilişləri də əlavə etməklə, sahə müvəkkilinə şikayət etdik. Əslində, biz buna qədər oğurluğun kim tərəfindən edildiyindən şübhələnmişdik. Kamera görüntüsü isə fakt oldu. Həmin adam Qobu kəndində yaşayır və kənd camaatı tərəfindən müsbət xarakterizə olunmayan biridir. İndiyədək bir neçə Qobu sakini oğurluq ittihamı ilə ondan rəsmi şikayət edib. Dəfələrlə oğurluq hadisələri ilə bağlı cinayət işlərində adı keçib.  O, belə əməllər üzrə “mütəxəssis” olduğundan fermadakı itin oğurluq zamanı hürməməsi üçün iti daha əvvəllər şirnikləşdirib, özünü ona tanıdıb. İti əvvəlcədən ram etdiyinə görə, müşahidə kameralarından da görünür ki, oğurluq edilən zaman it hürmür, quyruğunu bulayır. Müşahidə kameralarından da həmin adamı tam tanımışıq. Ancaq bizim rəsmi şikayətimiz və faktlar ortada olmasına baxmayaraq, cinayəti törədən şəxs bu günədək cəzasız qalıb. Sahə müvəkkilinə, Abşeron Rayon Polis Şöbəsinə, prokurorluğa dəfələrlə müraciət etmişik, hadisədən bir aya yaxın vaxt ötməsinə baxmayaraq, indiyədək heç bir nəticəsi yoxdur. Nəhayət, biz cənab nazirə mətbuat vasitəsi ilə də müraciət etməyi qərara aldıq. Biz hörmətli Ramil müəllimdən xahiş edirik ki, oğurluq hadisəsini törətmiş şəxsin cəzalandırılması və bizə vurduğu ziyanı ödəməsi üçün köməklik göstərsin”.  (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=33243

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930