Rəis oğlunun AA seriyalı maşınına 11 dəfə həbs qoyuldu, amma…

29.09.2015 - 00:58

Polis rəisinin oğlu Bakıda AA seriyalı maşınla «at oynadır», cərimələri isə ödəmir

rrSon günlər Bakıda dövlət yol polisi əməkdaşları ödənilməmiş cərimələri olan ən son model avtomobilləri də saxlayaraq cərimə meydançalarına aparırlar. Avtosfer.az-ın məlumatına görə, son bir ay ərzində saxlanılan avtomobillər arasında modeli və dövlət nömrə nişanı ilə diqqət çəkən avtomobillər də olub. Hətta onların arasında AA seriyalı nəqliyyat vasitələrinə də rast gəlinib.

Bəziləri belə güman edir ki, AA seriyası yalnız dövlət işində çalışanlara verilir. Lakin Avtosfer.az bildirir ki, bu cür nömrələri istənilən hüquqi şəxs əldə edə bilər. Məhz bundan istifadə edən bəzi məmurlar özlərinin ailə maşınlarına da AA seriyalı nömrə ala bilirlər ki, bununla da onlar müəyyən «toxunulmazlıq» qazandıqlarını düşünürlər və bəzən belə də olur.

Bir neçə gün əvvəl Bakıda keçirilən reyd zamanı «Mercedes GL» markalı, 90 AA 774 dövlət nömrə nişanlı avtomobil də yol polisinin diqqətindən yayınmayıb. DYP-nin Mərkəzi Məlumat Xidməti sistemində aparılan yoxlama zamanı məlum olub ki, bu avtomobilin ödənilməmiş cərimələri olduğu üçün saxlanılaraq cərimə meydançasına aparılması barədə 11 dəfə qərar verilib. Yəni, loru dildə desək, bu avtomobilə 11 dəfə həbs qoyulub. Hazırda həmin nəqliyyat vasitəsinin 4 MMX radarı da var.

Reyd zamanı bu avtomobilin saxlanılmasına iki dəfə cəhd edilsə də, onu saxlamaq mümkün olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, 90 AA 774 dövlət nömrə nişanlı avtomobil «M-TND» MMC-yə məxsusdur. Hazırda isə həmin avtomobili respublikanın rayon polis idarələrindən birinin rəisinin oğlu idarə edir.

Yeri gəlmişkən, «M-TND» MMC ilə bağlı internet üzərindən apardığımız araşdırmalar zamanı belə bir müəissə qarşımıza çıxmadı. Deməli, bu müəssisə sadəcə olaraq AA seriyalı nömrə üçün yaradılmış formal MMC-dir.

Bu mövzü ilə bağlı araşdırmalarımızı davam etdiririk. Yaxın günlərdə bununla bağlı geniş məqaləni diqqətinizə çatdıracağıq.(Avtosfer.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=33279

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728