Bakıda polislə dilənçi arasında dava – VİDEO

29.09.2015 - 04:01

44117Bakının mərkəzində qarşıdurma yaşanıb. Belə ki, Cəfər Cabbarlı heykəlinin yaxınlığında dilənən qaraçıları polislər saxlayıblar. Cumhuriyyet.az musavat.com-a istinadən xəbər verir ki, bir qaraçı qadın balaca uşağı ilə birgə küçədə dilənirmiş.

Polis əməkdaşları əvvəlcə uşağı götürərək, PPX-a maşınına mindiriblər. Bunun ardından dilənçi qadın qışqırmağa başlayıb. Ətrafdakı insanlar səsi eşidib, hadisə yerinə toplaşıblar.

Polislər qaraçıları maşına güclə mindiriblər. Bu zaman digər bir dilənçi qadın oraya gəlib. Hadisəni görüb və həyəcan keçirib. Halı pisləşən qadın yerə yıxılıb. Ona polis leytenantı ilkin yardım edib. Daha sonra əraziyə təcili yardım çağırılıb və qadın xəstəxanaya aparılıb.

Dilənçilər, daha da dəqiq desək, qaraçı dilənçilər şəhər sakinlərini həddindən artıq narahat edirlər. Polis əməkdaşları onları bir yandan tutub, bölməyə aparsalar da, bir müddət sonra azad etməli olurlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=33306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930