“Pensiya yaşı artırıla bilməz” – Komitə sədrindən AÇIQLAMA

29.09.2015 - 12:18
elmanMüxtəlif səbəblərdən dünyada insanların ömrü getdikcə qısalır. İndi bir çox ölkələrdə kişi və qadınlar 65-70 yaşlarına çatanda hansısa səbəblərdən dünyasını dəyişirlər. İnsanların ömrünün qısalmasına rəğmən, bəzi ölkələr pensiyalara daha az vəsait xərclənməsi məqsədilə təqaüd yaşını artırmaq istiqamətində addımlar atırlar.
Bəzi iqtisadçılar belə hesab edir ki, pensiya yaşının uzadılması maliyyə böhranı ilə mübarizə üçün yaxşı reseptdir. Onların fikrincə, pensiya yaşının artırılması ilə pensiyalara ayrılan vəsaiti azaltmaq mümkündür.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin sentyabrın 28-də “Azərbaycanda pensiya yaşı artırıla bilər” açıqlaması cəmiyyətdə narazılıqla qarşılanıb.
Məlumat üçün bildirək ki, ölkəmizdə qadınların pensiyaya çıxma yaşı 60, kişilərinki isə 63-dür.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli modern.az saytına deyib ki, Elman Mehdiyevin açıqlaması bu gün üçün real sayıla bilməz: “Azərbaycanda yaxın gələcəkdə pensiya yaşının artırılması ideyası yoxdur”.
Komitə rəhbəri deyib ki, parlamentdə bununla bağlı hər hansı layihə hazırlanmayıb, hər hansı müzakirə aparılmayıb: “Avropada qadın və kişilərin orta pensiya yaşı 65-dir. Qərbi Avropa ölkələrinin əksəriyyətində qadınların pensiya yaşı 63, kişilərinki 67-dir. Nəzərinizə çatdırım ki, Azərbaycanda orta pensiya yaşı müəyyən olunanda insanların orta ölüm yaşı nəzərə alındığından, bu gün pensiya yaşının artırılması gündəmdə yoxdur və heç müzakirə mövzusu da deyil”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=33348

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728