Yaxın qohumu İbrahim Nehrəmli haqda: “Hamı ona atır…”

30.09.2015 - 02:16

nehrəm“Avesta” Konserninin prezidenti, “Xəzər Adaları” layihəsinin müəllifi İbrahim Nehrəmlinin 355 min manatını mənimsədiyini qazaxlı iş adamı Elşad Məmmədov yenidən redaksiyamıza müraciət ünvanlayıb. Avropa.info xəbər verir ki, bu dəfə E. Məmmədov İbrahim Nehrəmlinin qaynı olan Ələsgər adlı şəxslə arasında keçən dialoq haqda yazıb.

Həmin müraciəti sizə təqdim edirik: “Mənim İbrahimlə olan problemimi bütün ölkə bilir. Mən özüm Allaha inanan və namaz qılan adamam. Mənim bir dostum mənə 2014 ildə dedi ki, İbrahimin qaynı Ələsgər də bizim namaz qıldığımız məscidə gəlir. Yasamaldakı İlahiyyat məscidinə gedərək, mən də cümə namazından sonra Ələsgərlə görüşüb, bir müsəlman qardaş kimi şəriətlə bu məsələni həll etmək istədim. Cümə namazından sonra Ələsgərin maşınını mənə göstərdilər. Ələsgərin sürücüsü onu gözləyirdi. O gəlib maşına oturduqda yaxınlaşıb “salam aleykum, qardaş, sən Ələsgərsənmi?” deyə soruşdum. O, “Bəli, Ələsgərəm”, dedi. Mən onunla danışmaq istədiyimi deyərək avtomobildən düşməsini xahiş etdim. Maşınından enərək, “nə məsələdir?” dedi. Mən ona özümü təqdim edərək, “sənin qohumun İbrahim Nehrəmli – mən mömin, yetim oğlan və 3 övlad atasının haqqını yeyib”, dedim.

Cümə namazından çıxan hacı Ələsgər bir özündən çıxmaq-çıxdı ki, özüm də məəttəl qaldım. Müsəlmana, hacıya yaraşmayan tərzdə qışqır-bağır salmağa başladı.
“Hə, o sənsən hacını biabır və rəzil edən gürcüstanlı? Prezident Aparatının qarşısında çadır quran öz övladlarınla?”

Ona dedim ki, birincisı gürcüstanlı yox, qazaxlı. İkincisi isə çadırla yox, yorğan-döşəklə getmişdim. O, bir az da özündən çıxaraq, “sən kimsən, hacıya şər atırsan, onu biabır edirsən? Bilirsənmi ki, hamı hacıya atır”, deyə üzərimə bağırdı.
Dedim ki, hacıya kimin atdığını bilmirəm amma mənim bura gəlməyimin səbəbi hacının mənə atmağıdır. Ələsgər, “belə danışdığın üçün prinsipə sənin pulunu vermir”, deyərək cavab verdi..

Bundan başqa, Ələsgərin özü də mənə iki oğlunun “Avesta” konsernində girov olduqlarını deyib. MTN, DİN və prokurorluğa bir daha müraciət edirəm. Bu məsələnin bir daha şəffaf şəkildə araşdırılmasını istəyirəm. Mənə hədə-qorxu gələn və saxta məhkəmə qərarları ilə özünü təmizə çıxaranı tanıyırsınız”.

Short URL: http://www.cumhuriyyet.net/?p=33428

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728