Məşhurların ölümqabağı son sözləri

30.09.2015 - 10:28

rumiElə məşhur şəxsiyyətlər var ki, istər yaradıcılıq fəaliyyətləri, istərsə də öz maraqlı həyatları ilə tarixə düşür, hətta hər gün oxuduğumuz bir yazıda qarşımıza çıxaraq həyatımızın bir parçasına çevrilir.

Ölüm isə bu fərqliliyi onlara bağışlamır. Başqa sözlə, hamıya qarşı ədalətli davranan ölüm bir gün onların hər kəsin qibtəsinə səbəb olan həyatlarına da şərik olur.

Axar.az dünya şöhrətli simaların son anlarında dedikləri sözləri təqdim edir:

Mövlanə Cəlaləddin Rumi:

“Rəbbimiz məni öz hüzuruna çağırır, artıq getmək vaxtıdır. Ya Əzrayıl, tez ol, məni rəbbimə tez qovuşdur”.

Viktor Hüqo:

“Qara bir işıq görürəm”.

Karl Marks:

“Son söz yetərincə düz söz deməyən adamlar üçündür”.

Yuli Sezar:

“Səndəmi, Brut?”

Volfqanq Amadey Motsart:

“Ölümün dadı dilimin ucundadır. Bu dünyada olmayan bir şey hiss edirəm”.

Namiq Kamal:

“Bir az istirahət edim”.

Oskar Uayld:

“Ya divar kağızı gedir, ya da mən”.

Sultan Süleyman Qanuni:

“Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar görsün ki, padşah olan Süleyman bu dünyadan əliboş gedir”.

Aleksandr Sergeyeviç Puşkin:

“Həyat bitdi, nəfəsim kəsilir. Nəsə əzir məni”.

Müəmmər Qəzzafi:

“Mənə etdiyiniz haramdır, övladlarım, mən sizin atanızam. Siz nəyin doğru, nəyin səhv olduğunu bilmirsiniz”.

Anton Çexov:

“Uzun zamandır şampan içməmişdim”.

O. Henri:

“Yandırın işıqları. Evə qaranlıqda getmək istəmirəm”.

Sultan II Məhmət:

“Həkimlər, mənə niyə qıydınız?”

Simon de Bovuar:

“Lənətə gəlsin, bu labirintdən necə çıxacağam”.

Leonardo da Vinçi:

“Əsərlərim istədiyim keyfiyyətdə olmadığına görə Allah və insanlar qarşısında günahkaram”.

Bernard Şou:

“Məni bir antik əşya kimi saxlamağa çalışırsınız, amma işim bitdi, öləcəyəm”.

Nikolay Vasilyeviç Qoqol:

“Bir nərdivan, təcili bir nərdivan gətirin”.

Tomas Mur:

“Qalxmağıma kömək edin, enərkən onsuz da yalnız qalacağam”.

Lüdviq van Bethoven:

“Komediya bitdi”.

Marko Polo:

“Kimsə mənə inanmayacaq deyə, gördüklərimin yarısını belə danışmadım”.

Nəcib Fazil Qısakürək:

“Demək, belə ölürmüşlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=33435

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728