Azərbaycanın yeni qorxulu silahı – VİDEO

01.10.2015 - 00:01

rrHərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti “Buk-MB” zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları icra edilib.ANS PRESS-in Мüdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sınaq atışları general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilib.
“Buk-MB” ZRK-nın sınaq atışlarında Azərbaycan Respublikası Baş nazirinin birinci müaviniYaqub Eyyubov da iştirak edib.
Mütəxəssislər zenit-raket kompleksinin döyüş düzülüşü, tərkibi, təyinatı, taktiki-texniki xüsusiyyətləri, məhv etmə zonası, digər parametrləri, eləcə də döyüş atışlarının keçirilməsinə ayrılmış güc və vasitələr, şəxsi heyət barədə məlumat veriblər.
Sonra praktiki atışlar yerinə yetirilib. Şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində balistik raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən “Saman” tipli hədəflərin aşkarlanması, avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və idarə olunan zenit raketləri ilə hədəfin məhv edilməsi tapşırıqları həyata keçirilib.
Müdafiə naziri tərəfindən verilən tapşırıqlar hava hücumundan müdafiə qoşunları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.
250 min dollar dəyərində olan “Buk” Zenit Raket Kompleksi “Kub” ZRK-nin əsasında yaradılıb. Hərbi silah yaxın və orta hündürlükdə (30 metrdə 14-18 kilometr hündürlüyədəki) manevredici aerodinamik hədəflərlə mübarizə üçün nəzərdə tutulub.
1972-ci il yanvarın 13-də SSRİ-nin qərarı ilə “Buk” ZRK-nin istehsalına start verilib. 1977-ci ilin noyabrından etibarən isə Emba poliqonunda silahın sınaqları keçirilməyə başlayıb. Kompleksin sınaqları 2 il davam edib.
“Buk-MB” ZRK 2005-ci ildə Belarusun paytaxtı Minskdə təqdim edilib. 2013-cü il iyunun 26-da – Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə keçirilən hərbi paradda isə “Buk-MB”nin Azərbaycanda təqdimatı keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=33517

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728