Ziya Məmmədovu tam bitirirlər – Nəqliyyat Nazirliyi ləğv edilir

01.10.2015 - 02:26

Ziya MəmmədovYaxın vaxtlarda Nəqliyyat Nazirliyi ləğv olunacaq. Bu barədə istiqlal.az-a daxil olan məlumatda deyilir ki, nazirliyin səlahiyyətlərinin tədricən azaldılması da bununla bağlıdır.

üçün deyək ki, “Azərbaycan Dəmir Yolları” QSC artıq rəsmən Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. “Azal” və Xəzər Dəniz Gəmiçiliyi İdarəsi isə faktiki olaraq müstəqil qurum kimi fəaliyyət göstərir. Sərnişindaşıma da demək olar ki, Nəqliyyat Nazirliyindən alınıb. Bakıda sərnişindaşıma Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Taksilərə lisenziya verilməsi isə ASAN Xidmətə tapşırılıb. Hazırda Nəqliyyat Nazirliyinin tərkibində qalan əsas qurum “Azəryolservis” ASC-dir. Bu qurumun da yaxın günlərdə müstəqillləşəcəyi bildirilir.

Məlumatda deyilir ki, Nəqliyyat Nazirliyinin digər səlahiyyətləri isə bu qurum ləğv edildikdən sonra İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək. Nəqliyyat naziri Ziya Məmmədovun taleyinə gəlincə, onun hər hansı vəzifəyə təyinatı barədə bilgi yoxdur. Bəzi iddialara görə, nəqliyyat naziri işsiz qalacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=33556

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728