Sumqayıtda bir ilkə imza atıldı: Dünyada analoqu yoxdur! – VİDEO

01.10.2015 - 10:34

nNəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsi nəqliyyat sistemində yeniliyə imza atıb. Bu barədə Xeberle.com-a eksklüziv açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin Mətbuat katibi Səidə Bəkirqızı məlumat verib. S. Bəkirqızı bildirib ki, bu yenilik nəinki, Azərbaycanda, hətta dünyada bir ilkdir: “Sumqayıtda fəaliyyət göstərən şəhərdaxili marşrutların (1dən – 35-ə qədər) hamısında QR Code quraşdılacaq. QR Code hazırda ən geniş və sürətlə yayılan informasiya daşıyıcı növüdür. Bu ciplər vasitəsiylə istənilən sərnişin qarşılaşdığı neqativ hallarla baglı Sumqayıt regional şöbəsinin məlumat mərkəzinə avtomatik məlumat öturəcək. Əgər sürücü iş zamanı sərnişinlərlə kobud rəftar edərsə, mobil telefonla danışarsa, siqaret çəkərsə, avtomobili yüksək surətlə idarə edərsə dərhal məlumat mərkəzinə informasiya gondəriləcək. Məlumat mərkəzində daxil olan informasiya təhlil ediləcək və müvafiq tədbirlər həyata keçiriləcək. Bunun üçün sərnişin mobil telefonuna xususi proqram yukləməlidir. Proqram Android tipli telefonlar tərəfindən dəstəklənir. Yeni sistemin yaxın vaxtlarda təqdimat mərasimi keçiriləcək və yeniliyin mahiyyəti barədə ictimaiyyət məlumatlandırılacaq.”

Yeri gəlmişkən, onu da qeyd edək ki, Sumqayıtda artıq istifadəyə yararsız, kiçik tutumlu mikroavtobusların yığışdırılmasına başlanılıb. Bundan sonra Sumqayıtda sərnişindaşıma ilə məşğul olan nəqliyyat sistemində daha rahat və sərnişinlərin ürəyincə olacaq avtobuslar istifadəyə veriləcək.


Short URL: http://www.cumhuriyyet.net/?p=33577

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930