Azərbaycanlı hacılar Ciddədə köməksiz qalıb (VİDEO, FOTOLAR)

02.10.2015 - 00:01
rrHəcc ziyarətin yerinə yetirib Azərbaycana qayıtmaq istəyən zəvvarlarımız Ciddə hava limanında köməksiz qalıblar. Zəvvarlardan APA TV-yə verilən məlumata görə, uçuşları həyata keçirən “Flynas air” aviaşirkəti problemlə bağlı onlara hər hansı bir məlumat verməyib. Köməksiz vəziyyətdə qalan zəvvarlarımız uçuşun nə vaxt həyata keçiriləcəyindən xəbərsiz olduqlarını bildiriblər.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu problemlə bağlı məlumat yayıb. QMİ Həcc ziyarəti zamanı zəvvarların dönüşündə yaranan gecikmələr və problemlərlə, o cümlədən Ciddə aerportunda zəvvarların etiraz aksiyası ilə bağlı geri uçuşları həyata keçirməyi öhdəsinə götürən “Flynas air” avişirkətinin cəzalandırılmasını tələb edib.
“Flynas air” şirkəti məsələ ilə bağlı məlumat  yayıb. Məlumatda deyilir ki, bunun səbəbi Ciddə hava limanında izdihamın yaranması, aeroportun həddən artıq yüklənməsidir.  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə, zəvvarların üzləşdiyi problemlərlə müqayisədə bu səbəbləri yetərli saymır. İdarədən verilən məlumata görə, Səudiyyə Ərəbistanına məxsus aviaşirkət öhdəliklərini yerinə yetirmədiyinə və zəvvarlara yaratdığı problemə görə AZAL-a müraciət edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=33659

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728